Dərman təhlükəsizliyi üçün yeni rəqəmsal mexanizm - Səhiyyə Nazirliyindən AÇIQLAMA
“Saxta dərmanların qarşısının alınmasında müasir dövrdə bu sahədə ən effektiv vasitələrdən biri rəqəmsal izləmə – yəni Track & Trace sistemidir”.
Adalet.az xəbər verir kii, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələinin Təqib və izləmə şöbəsinin müdiri Səid Fərzullayev deyib.
Onun sözlərinə görə bu sistem vasitəsilə hər bir dərman vasitəsi qutusuna unikal seriya nömrəsi verilir:
“Bu məlumat xüsusi DataMatrix kodun daxilində yerləşdirilir və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təqib və İzləmə İnformasiya Sistemində qeydiyyata alınır. Dərman vasitəsi ölkədə istehsal olunduqdan və ya idxal edildikdən sonra onun dövriyyəsi bütün mərhələlər üzrə sistem vasitəsilə izlənilir. Sistemdə tanınmayan və ya düzgün qeydiyyata alınmamış kodlarla markalanmış dərman vasitələri dərhal aşkar edilir və onların dövriyyəyə buraxılmasının qarşısı alınır”.
Şöbə müdiri qeyd edib ki, dərman vasitəsi aptekdə satıldıqda və ya tibb müəssisəsində istifadə edildikdə həmin kod sistemdə deaktiv edilir:
“Əgər eyni kod ikinci dəfə istifadə olunarsa, sistem dərhal xəbərdarlıq verir. Bu mexanizm saxta və ya təkrar dövriyyəyə buraxılmış dərman vasitələrinin operativ şəkildə aşkar edilməsinə imkan yaradır. Nəticədə demək olar ki, sistem saxta dərman vasitələrinə qarşı güclü rəqəmsal sipər rolunu oynayır. Dərman vasitələrinin hər bir qutusunun izlənməsi və hər bir satışın qeydiyyata alınması dərman vasitələrinin təhlükəsiz təminatının əsasını təşkil edir”.
Digər Xəbərlər
29 Aprel 2026 17:39
İdman qidalarının nəzarətsiz istifadəsi sağlamlıq üçün risk yaradır - VİDEO
28 Aprel 2026 15:15
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir!
28 Aprel 2026 10:44
Corabla yatmaq sağlamlığa zərər verə bilər - Həkimlərin MƏSLƏHƏTİ
27 Aprel 2026 14:55
Azərbaycanda Nyukasl xəstəliyinə yoluxma aşkarlanıb?
27 Aprel 2026 12:23
İşə qəbulda narkoloji rəy təqdim ediləcək
27 Aprel 2026 11:27
Pasiyentin öz sümüyü ilə yeni çənə quruldu - VİDEO
24 Aprel 2026 08:31
Xəstənin üzərində nalayiq hərəkətlər edən "həkim" yenidən əməliyyatlara girir - VİDEO
23 Aprel 2026 11:02


Bakı -°C

