"Digər məsələlər referendum yolu ilə həllini tapacaq" - Komitə sədri

"Hesab edirəm ki, heç bir mübahisəli məsələ qalmayıb. Deputat həmkarlarımız çıxışlarında vurğuladılar ki, layihə mükəmməl hazırlanıb. Yeganə bir neçə nəzəri məsələlər var idi ki, onların da həlli gələcək konstitusion islahatlarla bağlıdır".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin iyulun 4-də keçirilən növbədənkənar sessiyası üzrə növbəti iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanun layihəsinin II oxunuşunda müzakirəsi zamanı deyib.
"Onu vurğulamaq istəyirəm ki, Naxçıvan Muxtar Respubliaksının Konstitusiyası da Azərbaycan Konstitusiyasının ayrılmaz tərkib hissəsidir. Bir sıra məsələlər məhz indi konstitusiyaya əlavə və dəyişikliklərlə həllini tapır. Digər məsələlər isə gələcəkdə referendum yolu ilə həllini tapar. Burada heç bir ziddiyyət mövcud deyil", - deyə komitə sədri bildirib.
Digər Xəbərlər

Ərdoğan: Suriyanın yeni rəhbərliyi ilə əlaqələrin inkişaf etdirilməsi vacibdir

Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”

Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr aparıldı

Ərdoğan Şuşanın İƏT-in 2026 mədəniyyət paytaxtı seçilməsi münasibətilə təbrik edib

Emoməli Rəhmon: "Tacikistan ECO-ya üzv ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır"

Azərbaycan-Özbəkistan münasibətləri: Bölgənin gələcəyini müəyyənləşdirəcək əsas sütunlardan biri

"Xankəndi Qafqazın yeni inkişaf və sülh mərkəzi olacaq" - Ərdoğan
