DİM sədrindən gənclərə çağırış: Özünüzü aldatmayın!
“Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir. Gənclər gələcəkdə nə ilə məşğul olmaq istədiklərini anlamalıdırlar”.
Adalet.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
DİM sədrinin fikrincə, yalnız kifayət qədər bal toplamaq, hansısa ixtisasa qəbul olmaq düzgün yanaşma deyil:
“Belə olduqda abituriyentlər 4 il itirirlər. Sual verməlidirlər, nə üçün o universitetə gedirlər, hansı ixtisasla məşğul olmaq istəyirlər? Gənclər arzulamağı bacarmalıdırlar. Arzuları onların gələcək həyatlarında yalnız hansısa maddi maraqlarla əlaqələndirilməməlidir. Nə ilə məşğul olacaqlar? Hansı töhfəni verə biləcəklərr? Mütəxəssis kimi özlərini hansı sahədə görürlər? Bu suallara cavab tapmalıdırlar, özlərini aldatmasınlar. Çox zaman insanlar özlərini aldadırlar ki, “bacarıram, amma oxumuram”. Bu, yalandır. Oxumağı bacaran oxuyur və nəticə əldə edir”. (Azərtac)
Digər Xəbərlər
02 Oktyabr 2026 21:00
Azərbaycanda ən gənc və ən yaşlı müəllimin neçə yaşı var?
02 Oktyabr 2026 17:40
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
02 Oktyabr 2026 12:20
Xanım məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı
30 Sentyabr 2026 12:04
Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır
29 Sentyabr 2026 11:09
“Məktəblilərin hicaba bürünməsi yolverilməzdir, amma...”
28 Sentyabr 2026 17:31
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olundu
28 Sentyabr 2026 10:22
Atatürk Universiteti Bakıda məzun sevinci yaşadı
25 Sentyabr 2026 16:55


Bakı -°C

