Distant iş əmək müqaviləsiylə tənzimlənəcək
Əmək funksiyalarının məsafədən (distant) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsi ilə müəyyən ediləcək.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, bu Məcəllə işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını öz evində, habelə məsafədən (distant) iş formasında yerinə yetirən işçilərə də şamil ediləcək.
Əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə (elektron, proqram-texniki, telekommunikasiya vasitələri və s.) müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerlərindən kənarda (işlərin görülməsi (xidmətlərin göstərilməsi) üçün münasib olan digər yerdə) yerinə yetirilməsi məsafədən (distant) iş hesab ediləcək.
Digər Xəbərlər
03 Dekabr 2025 13:10
Dövlət çevrilişinə cəhd edənlər layiqli cəzalarını almalıdırlar
03 Dekabr 2025 12:59
Gecə növbəsi işləyənlərin ailə vəzifələri nəzərə alınacaq
03 Dekabr 2025 12:53
Sakinlər istiliyə görə həyətdə ocaq qaladılar: MTK binanı niyə təhvil vermir? - VİDEO
03 Dekabr 2025 12:50
Dövlət Suverenliyi Günü iş günü hesab edilməyəcək
03 Dekabr 2025 12:38
Əmək Məcəlləsinə bir sıra dəyişikliklər ediləcək
03 Dekabr 2025 12:23
Ramiz Mehdiyevin Şabrandakı villası: Sabiq deputat "makler" oldu - VİDEO
03 Dekabr 2025 12:19
DTX onların İZİNƏ DÜŞDÜ... - "Gizli toplantı" olub?
03 Dekabr 2025 12:17


Bakı -°C

