adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Fevral 2024 10:58
3358
SAĞLAMLIQ

Dodaqlarda yaranan herpes bu xəstəliklə əlaqəli ola bilər

İsveçin Uppsala Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, dodaqlarda iltihaba səbəb olan herpes virusuna yoluxmuş insanlarda demensiyanı inkişaf ehtimalı iki dəfə çoxdur.

Adalet.az xəbər verir ki, bununla bağlı nəticələr "Journal of Alzheimer's Disease (JAD)" jurnalında dərc olunub.

İmmunitet sisteminin zəiflədiyi və ya bədənin güclü günəşə, soyuq küləyə və stressə məruz qaldığı dövrlərdə dodaqlarda iltihablı "uçuqlar" görünə bilər.

Mindən çox İsveç sakininin sağlamlıq məlumatlarını əhatə edən araşdırma, herpes virusuna yoluxmanın alzeymer xəstəliyi və demensiya inkişaf riskini artırdığını göstərib. 

Araşdırma müddətinin sonunda 71 nəfərdə demensiya, 36 nəfərdə isə alzeymer xəstəliyi inkişaf edib.

Bununla belə, bu xəstəlikləri olan iştirakçıların təxminən 89% -i herpes virusuna yoluxmuşdur. Statistik təhlildən istifadə edərək tədqiqatçılar müəyyən ediblər ki, virusa malik olmaq demensiyanın inkişaf riskini ikiqat artırır.