"Doğmaların məzarı önündə" - Sevil Azadqızı yazır
Yolun
Tən ortasında
büdrədi...
Dayandı...
Susdu..
Baxdı -
Nə edəcəyini
bilmədi...
Amma, həmin an
Xatırladı-
Arxada
Ağrılar, əzablar...
Hiss etdi -
Öndə -
Ona "GƏL!" - deyən
İlıq bir səs var...
Üzülən ömür ipi-
Divardan düşən daş...
Kipriklərin ucunda
Vur-tut,
Cəmi iki gilə yaş...
Onun da biri
Dünənə "Əlvida..."
Biri isə...
Boylanır-
"Axirətə xoş gəldin!"
deyən səsə ,
QARDAŞ!..
12 mart 2026 , Beyləqan
Cərcis Peyğəmbər ziyarətgahı
Əbülfət Mədətoğlunun bu şeir parçası insan ömrünün sonu, dünya ilə vidalaşma və əbədiyyətə keçid anının bədii inikasıdır. 12 mart 2026-cı ildə, müqəddəs bir məkanda (Cərcis Peyğəmbər ziyarətgahı) qələmə alınması mətnin mistik və mənəvi yükünü artırır.
Hadisələr "doğmaların məzarı önündə" baş verir. Bura dirilərlə ölülərin, keçmişlə gələcəyin görüş nöqtəsidir. Müəllif "yolun tən ortasında" dayanaraq həyatın müvəqqətiliyi və ölümün qaçılmazlığı qarşısında insanın acizliyini, susması, nə edəcəyini bilməməsini ustalıqla təsvir edir.
Şeirdə keçmiş ("arxada ağrılar, əzablar") və gələcək ("öndə "GƏL" deyən səs") qarşılaşdırılır.
Müəllif ömrü "üzülən ipə" və "divardan düşən daşa" bənzətməklə, sonun gəldiyini vizuallaşdırır.
"İki gilə yaş" bədii həllin kulminasiya nöqtəsidir. Birinci damla keçmişə- dünyaya vida, ikinci damla isə axirətə salamdır. Bu, insanın ruhən o dünyaya hazır olmasını və ölümü bir qovuşma (qardaş deyərək müraciət etməsi) kimi qəbul etməsini göstərir.
Şeirin dili sadə, lakin emosional baxımdan dərindir. "İlıq səs" ifadəsi ölümün qorxulu deyil, bir aramlıq və hüzur olduğu mesajını verir.
Ziyarətiniz qəbul, ruhları şad olsun.
Cansağlığı və bütün işlərinizdə uğurlar arzulayıram, Əbülfət müəllim!


Bakı -°C

