DOĞRUDAN MN-in MƏTBUAT XİDMƏTİ VARMIŞ…

Belə bir replika vermişdik ki, Müdafiə Nazirliyi də var, onun Mətbuat Xidməti də.
Deməli, Mətbuat Xidməti bir məlumat yayıb ki, Laçında bir diversiya qrupu bizim ərazilərə keçib, birini yaxalaya biliblər, qalanları qaçıb. Məqsədləri də o imiş ki, haralarısa minalasın. Şəkillər paylaşır və sair və ilaxır. Çox gözəl, çox pakizə.
Üstündən bir az keçir, məlumat yayır ki, yaxalanan hərbçi Karatyan heç demə diversant deyilmiş, gözünə gün düşüb yolu azıb və sərhədi pozub, qaytarıb veriblər Ermənistana.
Birinci məlumatda onu da qeyd edirdilər ki, Karatyan ona ünvanlanan suallara qeyri-dəqiq, yəni başqa cür ifadələr verib və sair və ilaxır.
Dostlar, bizim Müdafiə Nazirliyi ilə bölüşə bilməyəcəyimiz bir şey yoxdur. Müdafiə Nazirliyi bizim ərazi bütövlüyümüzü qoruyan bir təşkilatdır. Və millət bu Müdafiə Nazirliyinin zabit və əsgər heyətinə borcludur. 44 günlük böyük qələbəmizi də Müdafiə Nazirliyinin əsgər və zabitləri qazanıb, təbii ki, Ali Baş Komandan İlham Əliyev başda olmaqla.
Sadəcə olaraq, işinizə diqqətli yanaşmağınızı xahiş edirik, amma bunu bacara bilmirsiniz. Jurnalistlər sizi qabaqlayır. Kəlbəcərdə iki jurnalistin və bir mülki şəxsin terrora məruz qalması ilə bağlı məlumatı nədən siz yox, Respublika Prokurorluğu açıqlayır? Ölkənin müdafiəsi Respublika Prokurorluğuna yox, Müdafiə Nazirliyinə etibar edilib.
Vallah, deyəsən, Abdulla Qurbani Mətbuat Xidmətini daha yaxşı idarə edirdi.
Digər Xəbərlər

BQXK-nın Azərbaycan nümayəndəliyi BAĞLANIR - RƏSMİ

İran sərhədini keçən Azərbaycan vətəndaşlarının SAYI AÇIQLANDI

İrandan qaçan "Kərimə dövləti": Sahibsiz qalmış köpəklər

Keyfiyyət informasiya sistemi haqqında əsasnamə hazırlanacaq
jpg-1750148019.jpg)
30 il haylara "nəfəslik" olan İran: "Buynuzlu qoç", "dəmir darvaza" dramı

Azad edilmiş ərazilərdə daha 160 mina aşkarlanıb

İran sahillərində üç gəmi yanır - FOTO
