08 Sentyabr 2024 09:44
127
GÜNDƏM

Doğum günün, qərənfilin  mübarək, ATAM....   

Bu gün (8 sentyabr), mənim canım atam — Namiq Hacıheydərlinin doğum günüdür. Hər il doğum gününə bir gün qalmış, gecə saat 12 — də atama sürpriz edərək doğum gününü təbrik edərdik. Bu il isə...

Əlimdən gələn sadəcə bir qucaq qərənfillə atamın məzarını ziyarət etmək olacaq...

Atam 49 yaşını tamamlaya bilmədi... Əgər ömürdən ömürə pay vermək mümkün olsaydı yaşını tamamlaya bilməsi üçün ömrümdən atamın

ömrünə bağışlayardım.

.

Daim həyat eşqi ilə yaşayan adam üçün 49 yaşın özü nə idi ki?...

Hər doğum günündə ona can sağlığı arzu edərdim, bu dəfə isə ruhunun şad olmasını diləyirəm. Mənim vaxtsız gözdən itənim, əbədiyyətə üz tutanım, yaşamağı hamıdan çox istəyib də ömrü vəfa etməyən atam, hər zaman qəlbimdəsən, sənin adını daim yaşadacağam, ruhun şad olsun!

Bizdən ayrı keçən ilk doğum günün mübarək,, ATA!

Sən olanda arxalı bir dağ idim
Qaldım sənsiz atasızam, ay ata.
İndən belə sənsizliyin dadını
Səhər – axşam dadasıyam, ay ata.

 

Leyla Banu Namiq Hacıheydərli qızı Heydərova