Doğuşdan sonra əkiz körpələr vəfat etdi
Cəlilabad rayonunda doğuşdan sonra əkiz körpələr vəfat ediblər.
Adalet.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, 22 dekabr tarixində saat 23 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Doğum və Ginekologiya şöbəsinə 2002-ci il təvəllüdlü hamilə qadın daxil olub.
Müayinə zamanı 24-25 həftəlik əkiz hamiləlik qeydə alınıb. Qadında vaxtından əvvəl doğuş prosesi başlayıb.
Saat 00:00-da çəkisi 700 qram olan (kişi cinsli) körpə, 00:10-da isə çəkisi 650 qram olan (qadın cinsli) körpə (ekstremal azçəkili dərin yetişməzliklə) doğulub.
Göstərilmiş bütün reanimasiyon tədbirlərə baxmayaraq 23 dekabr tarixində ölüm faktı qeydə alınıb.
Digər Xəbərlər
24 Dekabr 2024 18:26
Azərbaycanda peşə məktəbində kütləvi zəhərlənmə - YENİLƏNİB
24 Dekabr 2024 17:34Bakının bu ərazisində qaz olmayacaq
24 Dekabr 2024 13:21Bağlı qapı arxasında qalan azyaşlı belə xilas edildi - VİDEO
24 Dekabr 2024 12:40İlhamə Elşadqızı saxlanıldı
24 Dekabr 2024 11:46