Məhkəmədən Saakaşvili ilə bağlı gözlənilməz QƏRAR
Tiflis Şəhər Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin artıq digər maddələr üzrə cəza çəkməsinə baxmayaraq, sərhədi qanunsuz keçmə işi üzrə həbs qətimkan tədbirini saxlayıb.
Adalet.az xəbər verir ki, bu barədə “İnterpressnyus” agentliyi məlumat yayıb.
Məlumata görə, dekabrın 24-də keçirilən iclasda Saakaşvilinin vəkili Beka Basilaya həbsin ləğvi barədə vəsatət qaldırıb.
Vəkilin sözlərinə görə, həbs kimi qətimkan tədbirinin seçilməsi üçün heç bir əsas yoxdur, çünki məhkəmə tezliklə iş üzrə hökmü elan etməlidir və eks-prezident artıq həbsdədir.
Hakim Mixail Djindjolia isə izah edib ki, Saakaşvilinin qaçması və ya yeni cinayət törətməsi təhlükəsi davam edir, ona görə də həbsin ləğvi ilə bağlı vəsatət ləğv edilib.
Digər Xəbərlər
24 Dekabr 2024 19:33