adalet.az header logo
  • Bakı 30°C
  • USD 1.7
01 Avqust 2022 19:17
486
MƏDƏNİYYƏT

“Dolu” filmi Balaxanı sakinlərinə nümayiş olunub

Milli kino Günü ilə əlaqədar olaraq Bakının Balaxanı qəsəbəsində açıq havada “Audiokitab”, “Abşeron Group” və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət Evinin təşkilatçılığı ilə “Dolu” filmi nümayiş olunub.

“Şuşa ili” çərçivəsində baş tutan tədbiri “Audiokitab”ın direktoru Əhliman Ərşadlı öz çıxış sözü ilə açıq elan edib. Daha sonra isə filmin aktyor heyəti və Aqil Abbas səhnəyə dəvət olunub, tədbirin aparıcısı Günay Firidunqızı qonaqlara söz verib. Onlar film haqqında təəssüratlarını Balaxanı sakinləri ilə bölüşüblər.

Filmin nümayişindən əvvəl qonaqlara “Audio Kitab”, “Gilabi Keramiks” və “İslimi Carpet” tərəfindən hədiyyələr təqdim olunub. Xatırladaq ki,”Gilabi Keramiks” və “İslimi Carpet” Balaxanı istehsalıdır.

Filmi izləyənlər arasında şəhid ailələri, qazilərimiz, o cümlədən, “Dolu” filminin yaradıcı heyəti, millət vəkili, yazıçı, “Dolu” filminin ssenari müəllifi Aqil Abbas, quruluşçu rejissor Elxan Cəfərov, filmin direktoru Nadir Əliyev, filmin aktyor heyətindən xalq artistləri Məmməd Səfa, Şamil Süleymanlı, əməkdar artist Cavanşir Hadıyev və başqaları olub.

Qeyd edək ki, film Balaxanı qəsəbəsinin sakinləri tərəfindən maraqla qarşılanıb.

Eminquey