adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
07 Oktyabr 2022 20:01
351
DÜNYA

"Dördtərəfli görüşün yekunları İlham Əliyevin diplomatik zəfəridir"

Dördtərəfli görüşün yekunları Azərbaycan və Prezident İlham Əliyevin diplomatik zəfəridir.

Adalet.az xəbər verir ki, bunu Trend-ə rusiyalı siyasi anailitik, "Natsionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqının Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünün yekunlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, gərgin danışıqların gedişində Prezident İlham Əliyev Azərbaycanın həmişə tərəfdar olduğu əsas mövqelərini müdafiə edə bilib.

"Avropa İttifaqı, Fransa və Ermənistan rəsmi sənəddə Ermənistanın heç bir istisnasız olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıması statusunu təsbit etməyə məcbur olub. Əslində, Paşinyan Qarabağın Azərbaycan olmasına imza atıb. Biz başa düşürük ki, danışıqlar çox əsəbi, gərgin keçib. Bununla belə, Prezident İlham Əliyev öz iradəsi, təmkinliliyi, arqumentlərinin ardıcıllığı, aydın, qüsursuz mövqeyi ilə bu ifadələrin ən azı indiki mərhələdə Ermənistanın ərazi iddialarından əl çəkdiyini bir daha təsdiqləməsinə nail oldu. Bu, yüksək səviyyəli diplomatiya nümunəsi və öz ölkəsinin - Azərbaycanın və Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edən siyasətçi nümunəsidir", - deyə o bildirib.

Korotçenko əlavə edib ki, Paşinyanın ATƏT-in Minsk qrupunu dirçəltmək cəhdlərinin qarşısı alınıb və bu barədə heç bir xatırlatma yoxdur.

Aİ və Fransanın Azərbaycan ərazisini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaratmaq niyyətini şərh edən İ.Korotçenko vurğulayıb ki, Azərbaycanın suverenliyinə və maraqlarına xələl gətirəcək heç bir missiya olmayacaq.

"Ermənistan tərəfindən müəyyən vətəndaş qrupu olacaq. Azərbaycan ərazisində heç kim olmayacaq və bu baxımdan, Prezident İlham Əliyev həm Avropa İttifaqını, həm də Fransanı çox sərt şəkildə öz yerinə otuzdurub", - o deyib.