“Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi haqqında" qanun layihəsi hazırlanıb
"İşğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivliyin dəstəklənməsi ilə bağlı güzəştlərin tətbiqinə start verilib".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, son tarixə 3 milyon manatdan çox vergi və rüsumlardan azadolma tətbiq edilib: "Kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımları sahibkarların bank hesablarına köçürülür. Sosial sığorta haqlarının və kredit faizlərinin subsidiyalaşdırılmasına başlanılıb. Kredit zəmanət mexanizmi işə düşüb. Bununla yanaşı dövlət əmlkanının özəlləşdirilməsi siyasəti həyata davam etdirilib. Cari ildə özəlləşdirmədən büdcəyə 108 milyon vəsait daxil olub. Bu da illik proqnozun 103 faiz icrası deməkdir. İri dövlət müəssisələrinin sağlamlaşdırılması, özəl investisiyaların cəlb edilməsi məqsədilə həmin müəssisələrdə dövlətin iştirak payının azaldılması istiqamətində tədbirlər davam etdirilir. Həmçinin, "Dövlət əmlakınının idarəedilməsi və özəlləşdirilməsi haqqında" yeni qanun layihəsi hazırlanaraq razılaşdırılmaq üçün aidiyyəti üzrə təqdim edilib".
Digər Xəbərlər
12 Dekabr 2025 10:50
“Strateji qida menyusu artıq bizim adət etdiyimiz kimi mətbəxlərdə bişmir...”
11 Dekabr 2025 15:07
“Azərbaycanın kredit reytinqinin yüksəlməsi hər zaman müsbət siqnaldır”
10 Dekabr 2025 17:20
İqtisadi Şura və İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirildi - FOTOLAR
10 Dekabr 2025 13:47
Azərbaycanda orta aylıq əməkhaqqı artıb
09 Dekabr 2025 21:35
Rusiyanın ümumi qaz ehtiyatları 98 il üçün kifayətdir
09 Dekabr 2025 12:09
Yeni tikilən yaşayış binalarında bu prosedur məcburi olacaq
09 Dekabr 2025 12:01
"Problemlərin həlli istiqamətində mümkün olan bütün zəruri tədbirlər görüləcək" - Baş nazir
09 Dekabr 2025 11:53


Bakı -°C

