Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Füzuli şəhərində 8 Noyabr - Zəfər Gününə həsr edilmiş tibbi sosial aksiya keçirib
2 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin, “Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidməti” və “Avita” MMC şirkətinin birgə təşkilatçılığı ilə Füzuli şəhərində qazi və şəhid ailələrinin üzvləri və sakinlər üçün 8 Noyabr - Zəfər Gününə həsr edilmiş növbəti tibbi sosial xeyriyyə aksiyası keçirilib.Tədbirin açılış hissəsində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının tibb personalı, “Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidməti”-nin nümayəndələri və Füzuli şəhərinin sakinləri iştirak ediblər.
Tədbirin rəsmi açılışı hissəsində çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev bildirib ki, 8 Noyabr – Zəfər Gününə həsr edilmiş tibbi aksiyada Füzuli şəhərinin sakinlərinə, qazı və şəhid ailəsi üzvlərinə tibbi xidmətlərin göstərilməsi üçün yüksəkixtisaslı tibb heyəti və müasir tibbi avadanlıqlarla təchiz olunmuş mobil hospital ezam olunub. Tibbi aksiyaların vacibliyindən danışan rəis müavini İsmayıl Əfəndiyev qeyd edib ki, 8 Noyabr - Zəfər Günü ərəfəsində işğaldan azad olunmuş müqəddəs Füzuli torpağında gömrükçülər, Mərkəzi Gömrük Hospitalının həkimləri öz vəzifə borclarını yerinə yetirərək, ehtiyacı olan insanlar üçün müayinələr keçirəcək, lazım olan müalicələri təyin edəcək və müalicə əsasında resept üzrə yazılmış dərmanlar paylayacaqlar.
Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkimləri: Dr.Şəbnəm Əlirzayeva, Dr.Təranə Göyüşova, Dr.Nazilə Hüseynova, Dr.Mehriban Məmmədova, Dr.Lalə İbrahimova, Dr.Tükəzban Abdullayeva, Dr.Emin Allahverdiyev, Dr.Samir Mustafayev, Dr.Nigar Məmmədova, Dr.Vüsal Cəfərov, Dr.Aybəniz Zeynalova, Dr.Könül Həsənova və uroloq Elxan Qasımov Füzuli rayonunun sakinlərinə kardioloji, uroloji, endokrinoloji, pediatrik, radioloji, nevroloji, ginekoloji, oftolmoloji və cərrahi xidmətlər göstəriblər. Səhhətində problem aşkarlanan sakinlərə USM, EKQ, EXO və digər tibbi avadanlıqlar vasitəsilə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.
Həmçinin, tibbi sosial xeyriyyə aksiyası zamanı müayinə keçən sakinlərə resept üzrə yazılmış dərman preparatları paylanılıb. Ümumilikdə aksiyada 250 nəfərə tibbi xidmətlər göstərilib.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən müxtəlif illərdə Cocuq Mərcanlı qəsəbəsi və Füzuli rayonunun Horadiz şəhərində, Zəngilanın Ağalı kəndində, Tərtərdə və rayonun Talış kəndində, Lənkəranda, Astarada, Yevlaxda və digər regionlarda qazi və şəhid ailəsi üzvləri və əhali üçün sosial tibbi aksiyalar davamlı olaraq keçirilib.
Digər Xəbərlər
16 Mart 2026 14:08
Daha çox bu ölkələrdən dərman alırıq- SİYAHI
14 Mart 2026 14:28
Hava şəraiti infarkt riskini artıra bilər
14 Mart 2026 12:47
Şəhid ailələri üçün tibbi müayinə aksiyası təşkil olunub - FOTOLAR
13 Mart 2026 17:57
TƏBİB bizə lazımdırmı?
13 Mart 2026 14:53
Azərbaycanda 1287 yeni İİV xəstəsi qeydə alınıb
13 Mart 2026 14:09
Murad Dadaşovun səhətində problem yarandı, xəstəxanaya yerləşdirildi - FOTO
13 Mart 2026 14:04
Azərbaycanda 10 nəfər qızılcaya yoluxub
13 Mart 2026 10:07


Bakı -°C

