Dövlət Komitəsi Şuşa şəhərinə növbəti infotur təşkil edib - VİDEO
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Şuşa şəhərinə infotur təşkil edib.
Adalet.az xəbər verir ki, infoturda məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri ilə bağlı Dövlət Komitəsinin tərəfdaşı olan şirkətlərin nümayəndələri iştirak ediblər. Onlara Prezident İlham Əliyevin tapşırığı ilə rayonda aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutlan tədbirlərin icrası barədə məlumat verilib. İnfotur iştirakçıları Şuşa şəhərində yeni salınan yaşayış məhəlləsində Böyük Qayıdış prosesi çərçivəsində doğma yurda qayıdan məcburi keçmiş məcburi köçkün ailələri ilə görüşüb, onların fikir və rəylərini öyrəniblər, foto-video çəkilişlər aparıblar.
Bildirilib ki, indiyədək Şuşa şəhərində 204 ailə (763 nəfər) fərdi yaşayış evi ilə təmin edilib.
Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş ərazilərə infoturlar davam etdiriləcəkdir.
Qeyd edək ki, infotur işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması tədbirləri çərçivəsində həyata keçirilib
Digər Xəbərlər
26 Dekabr 2025 18:42
Kibercinayətkarlar məsuliyyətə cəlb edildi - Üç qurum birgə MƏLUMAT YAYDI
26 Dekabr 2025 17:51
Hava ilə bağlı XƏBƏRDARLIQ - Sabah günün ikinci yarısından...
26 Dekabr 2025 17:20
Nazirlik Fəzail Ağamalının partiyasının müraciətini geri qaytardı
26 Dekabr 2025 16:41
Bakı metrosunda bayram günlərində iş saatı uzadılacaq
26 Dekabr 2025 16:16
"Rus Evi"nin ləğvi başa çatıb
26 Dekabr 2025 14:10
İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - YENİLƏNİB
26 Dekabr 2025 13:01
"Təbii ki, bu qanunun qəbul olunmasından narazı qalanlar olacaq" - Deputat
26 Dekabr 2025 12:53


Bakı -°C

