Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib - FOTOLAR
Sentyabrın 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib. Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.
Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqların ardıcıllıqla həyata keçirildiyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə izlədiyi və onun göstərişləri ilə müvafiq tədbirlərin görüldüyü vurğulanıb.
Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür. Vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.
Digər Xəbərlər
01 Sentyabr 2026 16:10
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirib - VİDEO
01 Sentyabr 2026 13:11
Su obyektlərindən istifadə üzrə yeni ödənişlər onlara aid edilməyəcək
01 Sentyabr 2026 10:47
“Köçəri xalqlar sanki müasir dünyada gedən qloballaşma proseslərini...”
01 Sentyabr 2026 09:46
“Hamı hökmdarın güclü olduğuna inandığı müddətdə onun gücü həqiqətən artır”
31 Avqust 2026 23:07
Mehriban Əliyeva Dünya Köçəri Oyunlarından PAYLAŞIM ETDİ - FOTOLAR
31 Avqust 2026 20:22
Nazirlikdən hava şəraiti ilə bağlı vətəndaşlara müraciət
31 Avqust 2026 19:27
Bakıda keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlandı
31 Avqust 2026 19:11


Bakı -°C

