Dövlət Komitəsinin analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb - VİDEO
İşğaldan azad edilmiş ərazilərə Böyük Qaytıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlər çərçivəsində “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin statistik və analitik potensialının gücləndirilməsi” layihəsinin icrasına başlanılıb.
Adalet.az xəbər verir ki, bununla əlaqədar olaraq, ADA Universitetində dövlət qurumlarının və təşkilatların, Milli Məclisin deputatlarının, vətəndaş cəmiyyəti nümayəndələrinin, yerli və xarici ekspertlərin iştirakı ilə “dəyirmi masa” müzakirəsi keçirilib.
Layihə rəhbəri – ADA universitetinin prorektoru Fariz İsmayılzadə layihənin istiqamətləri haqqında məlumat verib. Bildirilib ki, bura Azərbaycanda məcburi köçkünlərlə bağlı məlumatların toplanması və təhlili üçün keyfiyyət və kəmiyyət metodologiyaları əsasında ümumi və eləcə də məqsədli sorğuların keçirilməsi, inteqrasiya və hədəf qruplarında müzakirələrin aparılması, məcburi köçkünlərin qayıdışını formalaşdıran şərtləri və stimulları öyrənən yeni məlumat alətlərinin işlənib hazırlanması və mövcud potensialın gücləndirilməsi, Böyük Qayıdış üçün məcburi köçkünlər barədə məlumat mənbələrinin təkmilləşdirilməsi (əməliyyat, inzibati, statistik) və bununla bağlı qabaqcıl təcrübənin öyrənilməsi, təlimlərin keçirilməsi daxildir.
Layihənin elmi rəhbəri - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmələri doktoru, professor Nazim İmanov bundan öncə məcburi köçkünlərlə keçirilən layihələr haqqında məlumat verib. Qeyd edilib ki, dəyirmi masanın keçirilməsində məqsəd gələcəkdə keçiriləcək sorğuların daha əhatəli olması, təkmilləşdirilərək keçmiş məcburi köçkünlərin maraqlarına cavab verən formada hazırlanmasıdır.
Layihənin koordinatoru Rəsmiyyə Abdullayeva bildirib ki, layihə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə ADA Universiteti tərəfindən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun iştirakı ilə icra edilir. Əsas məqsəd Böyük Qayıdışla bağlı həyata keçirilən tədbirlərin effektivliyinin artırılmasına, köçürülmənin təşkili üzrə proqnozların hazırlanmasına imkan yaradan zəruri məlumatların toplanılması və işlənməsi üsillarının təkmilləşdirilməsinə nail olmaqdır.
“Dəyirmi masa” iştirakçıları çıxış edərək layihə haqqında fikirlərini bildirib, təkliflərini səsləndirib və layihənin tərəfdaşlarına suallarını ünvanlayıblar.
Müzakirələrdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Aparat rəhbərinin müavini Vüqar Nəsirov, sədrin müşaviri Nəsimi Nərimanov, və digər struktur bölmələrin rəhbərləri iştirak edib, səsləndirilən rəy və təkliflərlə bağlı geniş izahat verib, sualları cavablandırıblar.
Digər Xəbərlər
28 Mart 2026 13:24
Aylıq yağıntı üzrə rekord göstərici qeydə alınıb
28 Mart 2026 13:20
DİN: Yağışlı hava ilə əlaqədar 763 çağırışa reaksiya verilib
28 Mart 2026 13:17
1919-cu ildə qurulan təhlükəsizliyimiz - DTX-dən paylaşım
28 Mart 2026 13:11
Polis yağışlı havada fasiləsiz xidməti davam etdirir - VİDEO
28 Mart 2026 10:00
FHN əməkdaşları vətəndaşları kürəyində təxliyə etdi - VİDEO
28 Mart 2026 09:09
Milli təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ili tamam olur
27 Mart 2026 22:52
ETİHİ-nin “Novruz 2026” düşərgəsinin ikinci mərhələsinə start verilib
27 Mart 2026 18:10


Bakı -°C

