Dövlət qurumlarında işləmək istəyənlərin nəzərinə
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 7-də dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı keçirəcək.
Mərkəzdən Adalet.az-a bildirilib ki, imtahanlarda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
BB vəzifə qrupu üzrə test imtahanı iyunun 7-si saat 10:00-da kompüter vasitəsilə keçiriləcək. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 760 yer ayrılıb.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı AB, AC, BA və BB qrupları üzrə iyunun 7-si saat 16:00-da kompüter vasitəsilə keçiriləcək. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 760 yer ayrılıb.
İmtahanlara qeydiyyat mayın 4-dən 24-dək aparılacaq.
Digər Xəbərlər
23 Iyun 2026 10:07
Universitetlər Bakıdan köçürülür? - Nazirdən açıqlama
22 Iyun 2026 17:13
"Bütün müəllimlərin maaşı artır" - Nazir
22 Iyun 2026 17:09
BŞTİ 30 məktəblə bağlı - QƏRAR VERDİ
22 Iyun 2026 11:13
Azərbaycan Universitetinin təhsil proqramı beynəlxalq akkreditasiyadan keçib
21 Iyun 2026 14:04
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirildi - YENİLƏNİB
19 Iyun 2026 17:56
Qəbul və buraxılış imtahanlarında aşkarlanan qayda pozuntuları açıqlanıb
19 Iyun 2026 17:28
513 əlaçı 0-200 bal toplayıb
19 Iyun 2026 16:44


Bakı -°C

