Dövlət qurumlarının çağrı mərkəzləri ilə bağlı yeni qərar
Çağrı Mərkəzi mövcud olmayan mərkəzi və yerli icra hakimiyyəti orqanları çağrı xidmətlərinin “108” Çağrı Mərkəzində təşkili məqsədilə müvafiq məlumatları (sənədləri) 3 ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etməli və qoşulma ilə bağlı digər zəruri tədbirlər görməlidirlər.
Adalet.az-ın məlumatına görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Qərara əsasən, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslər öz vəsaitləri hesabına (fəaliyyətlərindən əldə olunan gəlirlər nəzərə alınmaqla) 5 ay müddətində çağrı mərkəzlərini yaratsınlar və ya müqavilə əsasında çağrı xidmətlərinin göstərilməsini təşkil etməlidirlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:
- Çağrı Mərkəzi mövcud olmayan mərkəzi və yerli icra hakimiyyəti orqanlarının çağrı xidmətlərinin “108” Çağrı Mərkəzi vasitəsilə göstərilməsini təmin etməli;
-“108” Çağrı Mərkəzinin maddi-texniki təminatı üçün zəruri olan maliyyə vəsaiti ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidir.
Maliyyə Nazirliyi Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə zəruri maliyyə vəsaitinin ayrılmasını təmin etməlidir.
Digər Xəbərlər
23 Aprel 2026 12:45
TƏBİB-dən yeni təyinatlarla bağlı RƏSMİ AÇIQLAMA
23 Aprel 2026 12:29
Paytaxt Bakıdan başqa şəhərə köçürülə bilər? - AÇIQLAMA
23 Aprel 2026 12:11
Vilayət Eyvazov Göyçayda vətəndaş qəbulu keçirəcək
23 Aprel 2026 11:10
“O, əlilliyin təyin edilməsində korrupsiyanı aradan qaldıran şəxsdir”
23 Aprel 2026 10:57
“Xəstəxanaların işdən çıxarılan baş həkimləri həbs olunmalıdır"
23 Aprel 2026 10:48
Nazirlik küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
23 Aprel 2026 10:26
“SİMA İmza” - vergi ödəyiciləri üçün ən sərfəlisi
23 Aprel 2026 10:14


Bakı -°C

