“SİMA İmza” - vergi ödəyiciləri üçün ən sərfəlisi
SİMA rəqəmsal imza İnternet Vergi İdarəsinə girişin ən sərfəli və təhlükəsiz yolu kimi vergi ödəyicilərinin əsas rəqəmsal köməkçisinə çevrilib.
Adalet.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin rəqəmsal ekosistemində edilən dəyişikliyə əsasən, e-taxes.gov.az portal fəaliyyətini dayandırıb. Artıq bütün elektron vergi xidmətləri new.e-taxes.gov.az platforması üzərindən təqdim olunacaq. Yeni portalın əsas üstünlüyü “SİMA İmza” ilə də girişin mümkünlüyüdür.
Hazırda SİMA rəqəmsal imza ilə portaldakı bütün əsas vergi xidmətləri əlçatandır. İstifadəçilər “SİMA İmza” mobil tətbiqini yükləyib, qeydiyyatdan keçməklə dərhal biznes imzası əldə edə və 100-dən artıq xidmətdən yararlana bilərlər.
Qeyd edək ki, istifadəçilər “SİMA İmza” tətbiqində biznes imzası əldə edən zaman 6AYPULSUZ promokodunu yazmaqla ilk 6 ay ərzində elektron imzadan tamamilə ödənişsiz istifadə edə bilər. Daha sonra abunəliyi istəyə görə, aylıq 2.40 AZN, 1 illik 25 AZN, 3 illik isə 55 AZN-ə yeniləmək mümkündür. Tariflərdə heç bir əlavə ödəniş və gizli xərc yoxdur.
“SİMA İmza” haqqında
SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən 2022-ci ildə yaradılıb. Hazırda “SİMA İmza” tətbiqinin endirilmə sayı 6 milyondan çoxdur. Rəqəmsal imzanı hər hansı xidmət məntəqəsinə getmədən və fiziki daşıyıcıya ehtiyac olmadan mobil tətbiq vasitəsilə əldə etmək mümkündür.
Digər Xəbərlər
23 Aprel 2026 11:10
“O, əlilliyin təyin edilməsində korrupsiyanı aradan qaldıran şəxsdir”
23 Aprel 2026 10:57
“Xəstəxanaların işdən çıxarılan baş həkimləri həbs olunmalıdır"
23 Aprel 2026 10:48
Nazirlik küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
23 Aprel 2026 10:14
Səhiyyə naziri Astanada Regional Ekoloji Sammit çərçivəsində keçirilən sessiyada çıxış edib
23 Aprel 2026 09:16
Azərbaycan və Türkiyə hərbçiləri “Heydər Əliyev-2026” birgə təlimində
22 Aprel 2026 19:24
Yeni klinikanın direktor müavini də işdən çıxarıldı
22 Aprel 2026 17:52
Şuşada xəstəxana tikintisində külli miqdarda mənimsəmə aşkarlandı
22 Aprel 2026 17:18


Bakı -°C

