adalet.az header logo
  • Bakı -°C
23 Aprel 2026 11:29
73
ƏDƏBİYYAT
A- A+

Əbülfət  Mədətoğlu: Vaxtıdı

Səs  eləmə, qoy dincəlsin  , gecənin - 
Ulduz  sayan , Ay  görünən  vaxtıdı... 
Dildən  gizlin , ürəyindən  keçənin -   
Etirafa  tam   bürünən  vaxtıdı...   

Ortalığa yaylıq  sərib  bir  sükut    
Ova  çıxıb  elə  bil  ki, şir  sükut!    
Biz  susduqca  dönüb  olur  sirr  sükut - 
İndi  ona  söz  verilən  vaxtıdı!   

İçimdə  eşq  şirə  salıb - ballanıb   
Ruhum ancaq  xəyallarla  aldanıb... 
Həsrətimin  budaqları  sallanıb - 
Əbülfət, ta bar  dərilən  vaxtıdı!