24 Iyul 2025 17:16
852
KRİMİNAL

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb

Dövlət sərhədinin etibarlı mühafizəsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Adalet.az bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən xəbər verir.

İyulun 22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İraq vətəndaşı Savfan Məhəmməd Əsəd saxlanılıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.