adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
24 Yanvar 2018 10:27
164867
RUBRİKA

Döydüyüm şagirdlərim olub... – DƏRS OTAĞI

"Dərs otağı” adlı layihə sayəsində müəllimlərimizinhəyat hekayətləri, müəllimlik fəaliyyətləri, şagirdlərlə münasibətlər,yaşadıqları çətinliklər haqqında öyrənə biləcəksiniz. Bizi yetişdirən və cəmiyyətəqazandıran müəllimlərin həyatına işıq tutan layihədə "uşaqların şəhəri"nədə bərabər səyahət edəcəyik. Layihənin bu dəfəki qonağı Oğuz rayon Xaçmaz kənd 1 saylı orta məktəbinin müəllimivə tərbiyə işləri üzrədirektor müavini Vüsal Əlfiyevdir.


Qısatanışlıq

1977-ci il yanvarın 3-də Oğuzrayonu Xaçmaz kəndində dünyaygöz açmışam. İlk təhsilimidoğulduğum Xaçmaz kənd M.F.Axundov adına 1 saylı məktəbdə almışam. Gəncə DövlətÜniversitetini bitirmişəm. İxtisasca tarixçiyəm.2001-ci ildən müəllim kimi fəaliyyət göstərirəm. Hal-hazırda Oğuz rayon Xaçmaz kənd 1 saylı orta məktəbdəişləyirəm və məktəbntərbiyə işləri üzrə direktormüaviniyəm.


Müharibəvə müəllim

Babam Ələddin Hacıyev müəllimolub və 1941-ci ildəmüharibə başlayanda sinif otağından birbaşa cəbhəyə gedib.Berlinə qədər yol gedərəkartileriya kapitanı rütbəsinə qədəryüksəlib. Orduda qalmaq təklifini alsadayenidən müəllimliyə qayıdıb. Bunagörə deyə bilərəm ki, müəllimliyəhəvəs ailədən gəlib. Çünki, məndən başqa ikibacım da müəllim peşəsini sevərəkseçiblər.


İlkdərs

İlk dəfə müəllimliyə yaşadığım kənddəbaşladım. Amma kəndimizdə 3 məktəbolduğundan oxuduğum məktəbdəyox, digər məktəblərinbirində fəaliyyyətə başladım. 2001-cil 1 sentyabrilk dərs günümdür. Yadımdadır ilk dərs günü-Bilik bayramında mənə də gəncmüəllim kimi söz vermişdilər. Nədanışdığımı xatırlamasam da ogünü indi də xatırlayıram.


Kənddətəhsilə maraq şəhərdən yaxşıdır...

Ümümmən bütün Azərbaycantəhsilində olan problemlər kənd, şəhərfərq etmir həryerdə var. Amma şükürlərolsun həm bölgəmizdə, həm rayonumuzdatəhsilə maraq hələlikqalmaqdadır. Bir faktı dadeyimki, Oğuz rayonu təhsilin səviyyəsinə görə bölgədə 1-ci, rayonlararasında isə ilkbeşlikdədir. Ancaq müəyyənproblemlər qalmaqdadır. Xüsusiilə dərslik vəproqramların tez-tez dəyişməsi,dərslikdə olan bəzinöqsanlar hələ də qalmaqdadır.Kənd yerlərində şagirdlərin təhsilə,məktəbə münasibəti şəhər yerlərindən dahayaxşıdır. Kasıb təbəqnin uşaqları birçox çətinliklərə baxmayaraq oxumağı üstüntuturlar. Xüsusi ilə tədris etdiyimtarix fənninə şagirdlərimdə həmişə böyükmaraq hiss etmişəm.


Döydüyümuşaqlar olub...

Şagirdlərlə münasibətimhəmişə yaxşı olub. İlkgündən uşaqlarla rahat anlaşmışam. Xüsusilə hərbixidmətən sonra daha asan münasibət qurmağıbacardım. İlk vaxtlar döydüyüm uşaqlarolub. (gülür) Olur da bəzən özünüqaydalara uyğun aparmayanuşaqlarla fərqli danışmaqməcburiyyətində qalırsan. (gülür)Sonradan buna heç ehtiyacqalmadı. Şagirdlərlə dost olmağıhəmişə bacarmışam. Xüsusi ilə dəyuxarı sinif şagirləriilə daha yaxşıalınıb qarşılıqlı münasibət. Amma həm də çalışmışam ki, daima müəllimşagird münasibətlərində pərdəni qoruyum. Şagirdlə müəyyəndistansiya mütləq olmalıdır. Şagird öz müəlliminəhəmişə qibtə iləbaxmalı, onu özünə nümunəbilməlidir.

İlkvaxtlar məktub yazan şagirlərim olub. O vaxtlar internetvə indiki imkanlarınolmadığını nəzərə alsaq bu təbiiidi. Hərbi xidmətdə olarkənbir neçə şagirdimdənməktublar və ya şifahi salamlar almışam.


"Otbiçməyə getmişdik”

Düzü 17 illikmüəlimlim fəaliyyətimdə kifayət qədər maraqlı hadislər olub. Saymaqlabitməz. Bir dəfə dərshissə müdürü işləyirdim. Martayının 7-si günü idi.Qarşıdan 8 mart qadınlarbayramı gəlirdi. Səhv etmirəmsə1-ci sinifə girmişdim. Sinif müəlliməsininbayramını təbrik etdim. Balacalarmənim təbrikimi eşidən kimixorla "müəllim bayramınız mübarək”dedilər. Sinifi tərk etməkdənbaşqa əlacım qalmadı. (gülür) Bir dəfə də11-ci sinif şagirlərindən 5 nəfər oğlandərsdən qaçmışdı. Məktəbin direktoru şagirdlərdənniyə dərsdə olmadığını soruşan daonlar da cavabında "Vüsal müəlimə otbiçməyə köməyə getmişdik” deyə cavab verdilər. Direktor üzüməbaxanda uşaqları müdafiə etmək üçün başımla "doğrudur” deyə təsdiqləməkdən başqa əlacım qalmadı.Onu da deyim ki, o uşaqlar birdaha bu halı təkrarlamadılar.


Müəllimözü kimdir?

Sovet dönəmindəçox böyük nüfuza malikolan, söz sahibi olan müəllimin nüfuzunun aşağı düşməsi əsasən cəmiyyətimizdə gedənproseslərin və mənəviaşınmaların məhsuludur. Söz yox, ki,burda müəlimlərin də günahı olmamış deyildir. Amma unutmayaq ki, müəllimözü kimdir? - oda bucəmiyyətin bir üzvü deyilmi? Müəllim dünənki şagird deyilmi? Deməli probleminkökü daha dərinlərə gedir və məsələ daha ciddir.


"Məni müəllimiminayaqları altında dəfn edin...”

Zaman-zaman tarixinən tanınmış şəxsiyyətləri müəllimiyə və müəlliminə böyükdəyər vermişdir. Tarixdəheç vaxt məğlub olmayan, dövrünün ən zalımhökmdarı kimi tanınanƏmir Teymurun əliniöpdüyü yeganə şəxsiyyət müəllimi Seyid Bərəkə olmuşdur. Hətta Teymur ölərkən "mənimüəllimimin ayaqları altında dəfn edin” kimi vəsiyyət etmişdir. Makedoniyalı İsgəndər "həyatdavicdanala yaşamağıma görə müəllimimAristotelə borculayamdemişdir.Müəllimlik bütün zamanlarınən müqəddəs peşəsidir vəbu dəyişilməz qalacaqdır. Hərdənmənə eləgəlir ki, bəlkədə dünyayayenidən gəlsəm yenəmüəllim olmaq istəyərdim. Bəşəriyyət bugünü və keçmişinəgörə sözsüz ki, müəllimə borcludur.Mən özüm də bugün mənə dərsdemiş müəllimlərimi böyük hörmətləxatırlayıram.

Uzun illərdir ( 13 il) repititorluqla məşğuloluram. Kifayət qədər tanınmışrepititoram və uğurlu nəticələrimvar. Bu işlə məşğul olmaq mənimüçün təkcə maddiyyatməsələsi deyil həm dəzövq məsələsidir. Gənc nəsləixtisas seçimində köməketmək, onlara düzgünyol göstərmək həm də savabdır axı.

Müəllimlik peşəsihər gün məsuliyyət,çalışqanlıq və enerji tələbedən bir peşədir. Yeniliyə daimcan atmalısan, özün üzərindəhər gün çalışmalısan. Şagird səninxəstə olduğunu, kefsizolduğunu hiss etməməlidir. Onun bütüngüman yeri sənsənsə,bu gümanı qırmaq olmaz. Müəllimlik peşəsininmaddi sıxıntıları iləyanaşı mənəvi sıxıntıları da var. Məssələncəmiyyətdə baş verənproseslərə hamı kimi biganəqala bilmirsən, digər tərəfdən də hamı kimi sərtmünasibət sərgiləyə bilmirsən.Axı sən müəllimsən deyə düşünürətrafdakılar.


Aforizmlərsöyləyən müəllim

Əvvələr dahaçox şeir oxuyardım. Xüsusi ilə müəyyən tədbilərəvə bayram şənliklərinə hazırlaşarkən. Ammaetiraf edim ki, heçvaxt öz şeirimi oxumamışam. Hətta bir dəfə 20yanvar tədbirində şagirdlərdənbiri mənim şeirimi oxumaq istəsə də şeirissenaridən çıxartdım. Nəsə bu sahədə kompleksimvar. İllər keçdikcə şagirdlərəən çox maraqlı faktlar, aforizimlərvə hədislər söyləməyədaha çox diqqət yetirdim.


17il...

Bütün şagirdlərmənim üçün şagirddirlər.Amma hamısı doğma deyillər. Hər sinifdə 2-3şagird olur ki, sənin üçün doğmadır, özəldir. Unutmadığımşagirdlər əlbəttə var. Bir çox şagirdlərimlə dostluq edirəm. Arabironlar kəndə gələndə toplaşırıq. Söhbət edirik. Hərdən uşaqlardərsdə olmuş elə hadisələri xatırlayırlar ki, inanınheç yadıma gəlmir. Bayramalarda, ad günümdədərs dediyim şagirdlərimdən təbrikləralanda öz peşəmədaha çox bağlanıram. Hərdən Rusiyada, Türkiyə və Almaniya və digər xariciölkələrdə yaşayan şagirlərimdən məktub alandafikrləşirəm ki, ömrümün 17ilini müəllimliyə həsretməkdə yanılmamışam.