adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Dekabr 2015 21:50
94558
RUBRİKA

“Döyüş tarixi”nin 5-ci qəhrəmanı – Rey Kərimoğlu

Qarabağ savaşından 20 il sonra "Döyüş Tarixi”niqələmə almağa qərar verdi. Dövrü mətbuatda, eləcə də qəzetimizdə silsiləyazıları ilə çıxış edən Qarabağ qazisi, tanınmış jurnalist və ən əsası yazdığıxatirələrindən də kəsərli söz sahibi olan Rey Kərimoğlundan söhbət gedir.Rubrikamızın budəfəki qonağı ilə dəyərli söhbətlərimiz reallaşdı. Müsahibəninməğzindən yəqin ki, oxucularımız agahdır. Elə isə sizi yeni qonağın "Döyüştarixi” ilə tanış edirəm:

Rey Kərimoğlu 90-cı illərdə qara torpağımızda gedəndöyüşlərə fədakarlıqla can atan şəxslərdən biri olub. Şirin Mirzəyevinbatalyonunun kəşfiyyatçısı olan Rey Kərimoğlu danışmaqdansa qələmə güc verməyiüstün tuturdu. Qələm adamının yazmağa üstünlük verməsi də normaldır. Mətbuatıişıqlandıran yazılarını təkrar danışmağın nə dərəcədə effektivlik verməyəcəyiniizah etmək çətin olsa da, hər halda peşəkar jurnalistin xatirələrlə doluyazılarını mənə təqdim etməsi və bunların üzərində işləməyi təklif etməsi rubrikanınfərqli səhnəsini yaradacağıma işarə idi.

Rey Kərimoğlu əvvəlcə bildirdi ki, döyüş tarixindəiz qoymaq qürurverici hissdir: "Dost-tanış yaxşı bilir, Qarabağ savaşındadöyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər beləbir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməzhadisələr bu işdən daşındırıb məni. O günlər elə hey beynimdə canlanıb nəsəyazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələrmütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın... Eləməqamlar var ki, onlar heç vaxt unudulmur.

Digər tərəfdən, düşündüm ki, bu həm də o günləriyaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoştəsadüfü nəticəsində sağ qalan insanların unudulmaması, gələcək nəslə bizimmüstəqilliyimizin ilk illərində yaşadığımız kəşməkəşli günləri, ələlxüsus datorpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə MilliOrdunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım.

Bu da mənim bir vaxtlar yazmaq istəyib yazabilmədiyim bir gündəliyin bir səhifəsidir. İndi bu səhifənin bəzi yerləri oqədər pozulub ki, oxunmaz hala gəlib. Amma hələ gec deyil, nə qədər ki, biz -bu qanlı səhnənin gerçək şahidləri varıq, bu səhifələri bir yerə toplayıb ogünlərin xatirəsini əbədiləşdirməliyik. Tamamilə oxunmaz hala gəlmədən...”

Bizim dəstə Xocavənd rayonunun Əmralılar,Kuropatkin və Muğanlı kəndlərində oldu. Amma biz əsasən Əmralılarınmüdafiəsində dayanmışdıq. Hər gün axşam ermənilərlə qısa və ya uzun müddətliatışmalarımız olurdu, amma onlar cürət edib hücuma keçmirdilər. Yazdıqlarımdansavayı, həmin səfərdən mənim yaddaşımda yalnız qırıq-qırıq epizodlar qalıb,bəlkə də yadda qalanları yazsam, heç kəs heç nə anlamayacaq. Amma iki məqamımütləq qeyd etməliyəm. Bunlardan biri Əbülfət Hüseynov və onun qardaşları ilə.

Əbülfətqəhrəman İbad Hüseynovun böyük qardaşıdır. Buqardaşları ən ağır zamanda yanımızda gördük. Əslində Əbülfət hələ Azərbaycancəmiyyətinin tanımadığı çox böyük bir qəhrəmandır. İkincisi isə döyüşçüdostumuz Araz Hüseynovla tanışlığımdır. Hərbi maşınla Əmralılara ilk dəfəgedəndə gecənin ölü sakitliyini Arazın həzin və şirin səslə oxuduğu xalqmahnıları pozurdu...

Mahnı demişkən, hələ "Sıravi Əhməd”, "Azərbaycanəsgəri” hərbi mahnıları yaranan qədər biz Şirin Mirzəyevin batalyonunda özmahnımızı yaratmışdıq. Yaratmışdıq deyəndə, mahnını sözləri və musiqisiniAğdamın Saybalı kəndinin rotasından olan Mahir vardı, o, qurub-qoşmuşdu.

Birqızıl quş kimi göyə yüksələn,

Azğındüşmənin bağrını dələn.

Milliordumuzdur, milli ordumuz,

Adınlafəxr edir odlar yurdumuz...

Yadımda qalan elə budur. İnsaf naminə deyim ki,yaxşı da musiqisi var idi. Mahir indi Rusiyada yaşayır.

Əmralılarda döyüşdən savayı yadda qalan hadisələrdənBağbanlar rotasından olan Fəxrinin aşpazlıq keyfiyyətinin üzə çıxması oldu.Könüllü olaraq səfər boyu aşpazlığı öz boynuna götürən Fəxri çox dadlı xörəklərbişirirdi. Hətta bir dəfə uşaqlardan kiminsə ad günü idi, adama bir stəkanəntiqə qırmızı şərab da tapıb verdi bizə. Əlbəttə, batalyonumuzun qərargahrəisi Fəxrəddin Rəcəbovun bilməməsi şərtilə. Özü də biz çaxırı başımızaçəkəndən sonra bərkdən gülüb dedi:

- Ay evi tikilmişlər, çaxır bizə haramdı ey!

Sonra da qayıdıb dedi ki, "eybi yox, müharibədəolar, indi burda halal-haram axtarmayacağıq ki!”

Cəbhədədöyüşən OMON silahdaşlarımız

Milli Ordu yaranana qədər Azərbaycan torpaqlarını,vətəndaşlarını ilk zamanlarda milis, 1990-cı ildən isə Daxili İşlərNazirliyinin nəzdində yaradılan OMON (XTPD - Xüsusi Təyinatlı Polis Dəstəsi)qoruyurdu. Sirr deyil ki, həm milis, həm də OMON-un sıralarından yüzlərlə insantorpaqlarımızın azadlığı uğrunda canlarını qurban verərək şəhid oldular.Azərbaycanın tanınmış jurnalisti Salatın Əsgərovanı qətlə yetirən ermənidəstəsini də qəhrəman OMON-çular xüsusi bir əməliyyatla ələ keçirdilər. OMON-unfəaliyyəti o qədər effektli idi ki, ermənilər hər bir OMON-çuya görə xüsusimükafat vəd etmişdi. Amma bir nəfər də olsun OMON-çunu nə əsir götürə, nə dəcəsədini ələ keçirə bilirdi.

Belə bir məqamda xəbər gəldi ki, sovet qoşunlarınınhərbi hissəsinin rus əsgərləri Xocavənd (Martuni) istiqamətində beş nəfərOMON-çunu əsir götürüb və onların ermənilərə verilməsi üçün danışıqlaraparılar. Xəbəri alan kimi Şirin Mirzəyev özü rəhbərlik etməklə ermənilərinkompakt yaşadığı Xocavənd rayonunun mərkəzinə girib OMON-çuları azad etmək üçünbatalyonun zabit heyəti ilə birlikdə təcili bir əməliyyat planı hazırladı.Əməliyyat planından az adam xəbərdar idi.

Sovet qoşunlarının (onların böyük əksəriyyətiruslar idi) bütün Qarabağ ərazisinin komendantı əsasən Xankəndində otururdu,yəni əsas qərargahları orada idi. Şirin Mirzəyevin əməliyyat planına uyğunolaraq əvvəlcə hansısa səbəbdənsə Ağdama gələn (adətən, rus zabitləri ailələriilə birlikdə bəzi şeylər almaq üçün çox vaxt o dövrün ən zəngin alış-satış yeriolan Ağdam bazarına gəlirdilər) komendantın müavininin ailə üzvləri çox sakitşəkildə girov götürüldü. Sonra Şirin Mirzəyev komendantın müavini ilə görüşüb,ailəsinin onun əlində olduğunu və onların azad olunması üçün şərtini deyir.Şərt bu idi ki, komendantın müavini ona məxsus BTR-lə Şirin Mirzəyevlə birlikdəXocavəndə (Martuniyə) gedib OMON-çuları azad etməlidir. Yalnız OMON-çularısağ-salamat Ağdama gətirəndən sonra ailə-uşağı komendanta veriləcək. Komendantınrazılaşmaqdan başqa çarəsi qalmır...

Beləliklə, Şirin Mirzəyev, kəşfiyyatçı Əlabbasİsgəndərov komendantla birgə onun BTR-ində, eyni zamanda BTR-in ruslardanibarət sürücüsü və atıcısı Xocavəndə yola düşürlər. Əlabbas deyir, onlarXocavəndin girəcəyində sovet əsgərlərinin dayandığı postu maneəsiz keçib, düzXocavəndə çatırlar. Mirzəyevgil ora çatanda artıq ruslar OMON-çuları ermənilərəverməyə hazırlaşırmışlar. Həyətdə bir dəstə, binanın içərisində isə bir neçəerməni gözləyirmiş. Dağlıq Qarabağın komendantının müavinini görən zabit vəəsgərlər farağat forması alırlar. İlk reaksiya isə Şirin Mirzəyevi tanıyanOMUN-çulardan birindən gəlir: "Ay Allah! Bu Şirin Mirzəyevdir!”

Şirin Mirzəyev dərhal ona işarə edib ki, danışmaqolmaz. İmkan tapan Əlabbas da OMON-çulara pıçıldayıb ki, buradan çıxana qədərheç nə danışmasınlar. Qanuni formada OMON-çular komendantın müavininə təhvilverilib, o da onları BTR-rə mindirib, birlikdə sağ-salamat Ağdama qayıdıblar.Şirin Mirzəyev də vəd etdiyi kimi, komendantın ailəsini sağ-salamat onaqaytarıb...

AğdərəninUmudlu kəndinə gedirik...

Artıq dekabrın sonları idi... Bizi Əmralılardantəcili geri çağırdılar. Heç dincəlməmiş, çirkli paltarlarımızı belə dəyişməmişAğdam aeroportuna yola düşdük. Şirin Mirzəyev dedi ki, Ağdərənin Umudlu kəndinəgedəcəyik. Umudluya kömək lazımdır...

Bizim rotadan - Muğanlı kəndindən Faiq Bəhrəmov,Oktay Hüseynov, Rəhman Cəfərov, Raqil Hüseynov və Vahid Şirinov 1991-ci ildekabrın 27-də, Şıxbabalı uşaqlarından Nail, Ramiz, Rəmiyyədin (Rəmiş deyirdikbiz ona), Valeh Rəhimov və mən digər mirzəyevçilərlə birgə bir neçə gün sonra,1992-ci il yanvarın ilk günlərində Umudluya uçduq... Muğanlı kəndindən isə FaiqBəhrəmov, Oktay Hüseynov, Rəhman Cəfərov, Raqil Hüseynov və Vahid Şirinov 6-cıpostda, Ramiz, Rəmiyyədin, Valeh Rəhimov və mən isə 11-12-ci postlardadururduq. Postdan sonra Naillə Valeh İbiş kişinin, Ramiz, Rəmyəddin və mən isəYahya kişinin evində yatıb dincəlirdik.

Postumuz düz Sərsəng su anbarının üstündə idi.Ermənilərin bu tərəfdən kəndə hücumu gözlənilmirdi, olsa-olsa kəşfiyyatçıları,ya da "diversant”ları bu istiqamətdən gələ bilərdi. Onu da yüz faiz bizgörəcəkdik... Bizim post 8-ci posta baxanda elə də təhlükəli deyildi, əntəhlükəli 8-ci post idi... Umudluya çatanda Nail öz xahişi ilə elə o 8-ci postagetmək istədi, əvvəlcə batalyonumuzun Umudludakı dəstəsinin komandiri başleytenant Fəxrəddin Rəcəbov razılıq vermədi, amma Nailin təkidli xahişindənsonra o da razılaşdı. Əslində Şirin Mirzəyevin batalyonunun əsgərləri Umudludadekabrın 21-i döyüşündən sonra oradan getmək istəyən, səhv etmirəmsə, "Şıx”batalyonunun əsgərlərini əvəz edəsi oldu... Onlardan biri Umudlunu tərk edəndəbizdən şəhid olmuş əsgərin qanını almağı xahiş etdi...

23dekabr - sevgi gecəsi

Dekabrın 23-də Bakıda yaşayan sevdiyim qızın doğumgünüydü. Hər dəfə ya Bakıya gedər, ya da telefonla danışardım onunla. Amma indinə gedə, nə də zəng edə bilirdim. Uşaqlar vəziyyəti anlamışdılar, amma neyləməkolardı. Axşamçağı uşaqlardan kimsə dedi ki, Bakı ilə, Ağdamla əlaqə saxlamaqüçün Əmralılarda bir Ağdam nömrəsi var. Yəni sifariş verib Bakı ilə danışmaqolar. Ancaq bilmir işləyir, ya yox. Telefon, səhv etmirəmsə, kənd sovetininbinasında idi.

Gedib o telefonu tapdıq, tərslikdən işləmirdi.Ermənilər kəndi top, raket və güllə atəşinə tutanda naqillərin xeyli hissəsiqırılıb sırandan çıxmışdı. Uşaqlar təklif elədilər ki, gəlin qırılmış naqilləribirləşdirək. Tez kənddə bu işə baxan bir nəfər də tapdılar. Bir sözlə, postadayanmayan bütün döyüşçü dostlarım bu prosesə qoşuldu. Gecə 12-yə işləmiştelefon artıq hazır idi.

Bakını sifariş verdik: 25 10 41... Özümüz dəinanmırdıq. Telefon çağırırdı. İndi də o səs qulaqlarımdadır. Di gəl, götürənyox idi. Öz-özümə dilxor oldum, bu qız niyə götürmür!? Bilmirmi ki, mən zəngedəcəm? Aha, budur dəstəyi götürdülər. Qalın və amiranə bir kişi səsi dəstəyino başından "alo” dedi. Atası idi! Səsimi çıxarmadım.

Bu vaxt telefonçu qızın səsi gəldi, "ay qardaş,sifariş vermisən, danış də!” Heç nə demədim, sakitcə dəstəyi asdım. Uşaqlarbaşıma yığışdılar:

- Ə, nooldu?

- O deyildi! - astadan dilləndim.

Yenidən Bakını sifariş verdim! Telefonçu qız mənivə nömrəni tanıyıb dedi:

- Ay rəhmətliyin oğlu, zorla düşmüşdük Bakıya, səndə danışmadın. Niyə danışmadın axı?

Yenə susdum. Axı mən onu necə başa salaydım?

Bu dəfə də düşdük Bakıya. Yenə atası götürdü:

- Alo!

Uşaqlar hərəsi bir tərəfdən düşdü üstümə ki,qorxma, danış! Zarafat deyil, o qədər əziyyət çəkmişdik. Ürəkləndim!

- Salam, axşamınız xeyir, Nahidəni olar?

- Sən kimsən? Neynirsən Nahidəni?

- Reyəm! Ad gününü təbrik edəcəm...

Sözüm ağzımda qaldı:

- Bir də bura zəng eləmə, avaranın biri avara!Duud, duud, duud...

Artıq öldü var, döndü yoxdu!

Təkrar sifariş verdim. Bu dəfə telefonçu qız heçbir sual vermədi, deyəsən, danışığımızı eşidib, məsələnin nə yerdə olduğunuanlamışdı.

- Alo… - bu dəfə özü götürmüşdü, ürəyim əsdi...

Dəstəkdən bir də səsi gəldi:

- Alooo! - Mənəm! Ad günün mübarək!

- Səhv düşübsüz...

Və yenə dəstək asıldı.

Uşaqlar dil-boğaza qoymurdu:

- Nooldu?

- O idi?

- Nə dedi?

- Heç nə, - dedim sakitcə. – Heç nə demədi.

O gecə Nahidəni yuxuda görmədim...

Bu hər şeyin heçnəyi deyil. Qazinin emosianal vətərəddüdsüz döyüş çıxışlarından bir parçadır desəm daha doğru alınar. Belədemək mümkündürsə Qazinin yüzminlərlə qəhrəmanı bir araya toplaşaraq budəfəki"Döyüş tarixi” batalyonunu yaratdı. Xatirələrlə dolu batalyon. Nə qədər çətinbir dövr olduğunu anlamışıq, ancaq sözü gedən hadisələrin daxilində olmaq başqabir dünyadan xəbər verir. Bu nə axirətdir, nə də Yer kürəsi. Hər halda yaradıcıinsanlar daha yaxşı başa düşərlər nasiri. Rey Kərimoğlunun heyrətamiz savaşhekayələrindən bir parçanı diriltmək böyük fərəh və yaradıcılıq tələb edir.Dediyinə görə, Qarabağ xatirələri haqqında onlarla yazılarım xatirə janrındaolsa da bu əsgər xatirəsi deyil, döyüş dramıdır. Hər halda başa düşən çoxdansöhbətin mənasını tutub. Oxuculara oxumağı tövsiyə edib, anlamağı arzu edirəm.

Rüfət Soltan