“Dreamland”də yeni Artırılmış Reallıq oyunu istifadəyə verilib - FOTOLAR
Media nümayəndələri “Dream Trampoline”də yeni istifadəyə verilən “HADO” oyunu ilə tanış olublar.
Adalet.az xəbər verir ki, virtual və real dünyanı birləşdirən unikal bir texnologiya və idman növü olan bu oyun, 1980-ci illərdə Yaponiyada yaranıb. “HADO”da oyunçular fiziki olaraq bir-birilə rəqabət aparsalar da, qarşıdurmalar tamamilə virtual şəraitdə baş verir. Jurnalistlər oyunun xüsusiyyətləri ilə daha yaxından tanış olmaq üçün xüsusi sensorlu gözlüklər və qolbaqlarla təchiz olunaraq komandalara bölünərək yarışıblar. Bu texnologiya sayəsində onlar əllərindəki qolbaqlarla bir-birlərinə “enerji topları” ataraq mübarizə aparıblar. Lakin, bu toplar real deyil, virtual olaraq ekranda görünür və eyni zamanda hər bir oyunçu öz tərəfdaşlarını qorumaq üçün virtual qalxanlar yarada bilir. Bu həyəcanlı qarşıdurmanı jurnalistlər maraqla qarşılayıb. Çünki oyunçular yalnız sürət və çevikliyini yox, həm də əqli bacarıqlarını burada nümayiş etdiriblər. Oyun komanda şəklində oynanılır və maksimum 3 nəfər olur. Hər bir raund isə 80 saniyə davam edir.
Jurnalistlər oyunun həm əyləncə, həm də fiziki inkişaf üçün mükəmməl bir vasitə olduğunu vurğulayıblar.
“HADO” texnologiyanın və idmanın müasir birləşməsinin nəticəsi olaraq, həm əyləncəli, həm də faydalı bir oyundur. Daha ətraflı məlumat üçün sosial media hesablarını izləyə bilərsiniz:
Digər Xəbərlər
17 Noyabr 2025 08:10
Xoşbəxtlik puldan asılıdır?
14 Noyabr 2025 18:00
Dünyanın müxtəlif ölkələrində erməni diasporu: onların sayı və fəaliyyət istiqamətləri
13 Noyabr 2025 11:42
Dennitsa adlı mələk niyə şeytana çevrildi?
12 Noyabr 2025 16:28
Bazarstore.az – Onlayn alış-verişdə rahatlıq və endirimləri bir araya gətirir
10 Noyabr 2025 09:20
Çində hava taksisi ilə 10 dəqiqəlik uçuş təxminən 8 dollara başa gələcək
08 Noyabr 2025 11:43
“Azərsun Holdinq” media nümayəndələri arasında intellektual yarış keçirdi - FOTOLAR
07 Noyabr 2025 15:42
Yapon alim özünün robot oxşarlarını nə üçün düzəldib?
04 Noyabr 2025 14:44


Bakı -°C

