DTX-də Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd olunub - FOTOLAR
Müasir dövlətçiliyimizin banisi, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabanda əziz xatirəsini dərin ehtiramla anıblar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyulub.
Adalet.az xəbər verir ki, DTX-nin akt zalında davam etdirilən mərasimdə Ulu Öndərin və ölkəmizin suverenliyi naminə canından keçmiş şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilib.
Tədbirdə məruzə ilə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev dahi rəhbərin təhlükəsizlik orqanlarındakı 25 illik zəngin fəaliyyət dövrünə nəzər salıb, bu mühüm təsisatın milliləşdirilməsi və azərbaycançılıq ideologiyası ruhunda yenidən qurulmasının məhz uzaqgörən siyasətçi Heydər Əliyevin sarsılmaz iradəsinin nəticəsi olduğunu bildirib.
Ulu Öndərin siyasi xəttini böyük məharətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə tarixi nailiyyətlərə imza atdığını vurğulayan Xidmət rəisi dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində təhlükəsizlik orqanlarının keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu açıqlayıb.
General-polkovnik Əli Nağıyev bundan sonra da dövlətçiliyimizin qorunması və milli təhlükəsizliyin təmini istiqamətində üzərlərinə düşən vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcəklərini qeyd edib.
Tədbir xidmətdə fərqləndiklərinə görə yüksək dövlət mükafatlarına layiq görülmüş DTX əməkdaşlarının təltif edilməsi ilə başa çatıb.
Digər Xəbərlər
11 Iyun 2026 13:18
Azərbaycan və İran Araz çayının su ehtiyatlarının bölüşdürülməsini razılaşdırdı
11 Iyun 2026 11:54
Pensiyaçılarla bağlı ŞAD XƏBƏR
11 Iyun 2026 11:44
Hərbi xidmətdən yayınanları hansı cəzalar gözləyir?
10 Iyun 2026 19:11
“Ölkədə aptek şəbəkəsi digər ölkələrdəkindən 20 dəfə artıqdır...”
10 Iyun 2026 18:35
Bakı-Balakən-Bakı qatarının hərəkət cədvəli dəyişir
10 Iyun 2026 18:00
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
10 Iyun 2026 16:45
"Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur" - Baş prokuror
10 Iyun 2026 16:36


Bakı -°C

