adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
25 Mart 2024 10:45
1250
KRİMİNAL

Dünən 23 kiloqrama yaxın narkotik vasitə müsadirə edilib

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 24-də ümumi çəkisi 23 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN-in Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 17,4 kiloqramdan artıq marixuana, 2,8 kiloqrama yaxın heroin, 2,4 kiloqrama yaxın tiryək, 310 qrama yaxın metamfetamin və 22 ədəd metadon həbi olub.
  
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.