Dünya yeni bir savaşın astanasında: “Taurus” qalmaqalı iki ölkəni üz-üzə qoyur
Beynəlxalq ictimaiyyət növbəti bir siyasi qalmaqalın izləyicisinə çevrilib.
Adalet.az xəbər verir ki, rusiyalı media maqnatı Marqarita Simonyanın yaydığı səs yazısında Hərbi Hava Qüvvələrinin zabitlərinin müdafiə naziri Boris Pistorius üçün Ukraynada “Taurus” raketlərindən istifadənin mümkünlüyü barədə hesabat hazırladıqları əks olunub. Zabitlər açıq şəkildə Ukraynada Amerika və Böyük Britaniya hərbçilərinin olması, eləcə də Krım körpüsünə hücum məqsədilə Almaniyada Ukrayna hərbçilərinə “Taurus” raketlərindən istifadə etmək üçün təlim keçmək imkanlarından danışırlar.
Gizli səs yazısının doğruluğunu Almaniya MN artıq təsdiqlədikdən sonra Rusiya tərəf açıqlama tələb etdi. Məsələyə aydınlıq gətirilməsi ilə əlaqədar olaraq Almaniyanın Moskvadakı səfiri Aleksandr Lambsdorf martın 4-də Krım körpüsünə hücumlarla bağlı alman zabitlər arasında söhbətlə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı.
Məsələ ilə bağlı Rusiya tərəfin münasibti sərt olub. Rusiya XİN başçısı Sergey Lavrov bildirib ki, Şolts “Taurus”u Ukraynaya vermək, lakin bütün məsuliyyəti ABŞ və İngiltərəyə yükləmək istəyir: "Almanlar hamını aldatmaq istəyirlər ki, onlar haqqında deyil, amerikalılar və britaniyalılar haqqında fikirləşsinlər, çünki amerikalılar və britaniyalılar artıq Ukraynadadır. Bu, ümumiyyətlə, açıq-aşkar özünü ifşadır".
Hazırda dünya ictimaiyyəti nəfəsini tutaraq bu qalmaqalın nə ilə nəticələcəyini gözləyir. Qərb yönümlü ekspertlər Rusiya prezidenti V.Putinin bu qalmaqala susacağını sanmırlar.
Xatırladaq ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok 2022-ci ildə açıqlamasında bildirdi ki, Almaniya hakimiyyəti Rusiya ilə normal münasibətləri mümkün hesab etmir:“Aydın danışmalıyıq, bugünkü Rusiya ilə normal münasibətlər ola bilməz”.
O, həmçinin Almaniyanın Ukraynada münaqişə davam etdiyi müddətdə Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəyini diqqətə çatdırdı:"Ukrayna münaqişə zamanı digər məsələlərlə yanaşı, Avropanın azadlığını da müdafiə edir, ona görə də Almaniya lazım olduğu qədər onun yanında olacaq. Bu, həm maliyyə, həm humanitar yardıma, həm də hərbi yardıma aiddir".
Hesab etmək olar ki, Rusiya və Almaniya arasındakı münasibətlərin pisləşməsi bir neçə ildir davam edən qarşılıqlı suçlamaların və kəskin reaksiyaların məntiqi məticəsidir
Əntiqə Rəşid
Digər Xəbərlər
05 Yanvar 2026 09:17
"Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir" - Tokayev
05 Yanvar 2026 08:50
ABŞ-nin Venesuela əməliyyatı... - Səxavət Məmməd yazır
05 Yanvar 2026 08:08
Trampın növbəti hədəfi bu ölkə ola bilər - Politoloqdan şərh
05 Yanvar 2026 08:07
İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul etdi - FOTOLAR
03 Yanvar 2026 11:16
"ABŞ-nin Venezsuelaya hücumu Putinin maraqlarına cavab verir..."
03 Yanvar 2026 11:02
"İrandakı iğtişaşlar Pezeşkianla mühafizəkarlar arasında uçurumu dərinləşdirəcək"
02 Yanvar 2026 16:00
İlham Əliyev və xanımı Latviyanın keçmiş prezidentinə başsağlığı verdilər
02 Yanvar 2026 11:16


Bakı -°C

