Nümayəndə heyətimiz Tehrandadır -VİDEO - YENİLƏNİB
Azərbaycan nümayəndə heyəti İranın sabiq dini lideri Əli Xameneinin vida mərasimində iştirak edib.
Adalet.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev və digər rəsmi şəxslər daxildirlər.
***
14:25
Azərbaycan nümayəndə heyəti İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib.
Adalet.az-ın xəbərinə görə, Azərbaycan nümayəndə heyəti bir qədər əvvəl Tehrana çatıb, onları hava limanında İran rəsmiləri qarşılayıb.
Qeyd edək ki, nümayəndə heyətinə Milli Məclisin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev və digər rəsmilər daxildir.
Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.
Əli Xameneinin vida mərasimi 4-5 iyul tarixlərində Tehrandakı Mosalla kompleksində keçiriləcək, cənazə daha sonra Qum şəhərinə yola salınacaq.
Qum şəhərində vida mərasimindən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəddə torpağa tapşırılacaq.
Digər Xəbərlər
03 Iyul 2026 16:37
Baş prokuror Xətaidə vətəndaşları qəbul etdi
03 Iyul 2026 14:00
Azərbaycan və BMT şəhər mobilliyi sahəsində əməkdaşlığı müzakirə edib
03 Iyul 2026 10:36
Səfərbərlik Xidmətinin iki əməkdaşı ehtiyata buraxılıb
03 Iyul 2026 09:57
Leyla Əliyevanın doğum günüdür
03 Iyul 2026 09:10
Bir çox marşrutlarda kondisionerlər niyə işləmir!
02 Iyul 2026 16:40
Xalqımızın güvən yeri: Azərbaycan Polisi - İqbal Alısoy yazır
02 Iyul 2026 14:38
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib - VİDEO
02 Iyul 2026 13:24


Bakı -°C

