adalet.az header logo
  • Bakı -°C
03 Iyul 2026 14:00
77
GÜNDƏM
A- A+

Azərbaycan və BMT şəhər mobilliyi sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və BMT arasında dayanıqlı nəqliyyat, yol təhlükəsizliyi və şəhər mobilliyi sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Adalet.az Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir ki, bu barədə müzakirələr komitənin sədri Anar Quliyevin BMT Baş katibinin Yol təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todt ilə görüşündə aparılıb.

A.Quliyev may ayında Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yaratdığı müsbət dinamikanın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Forum çərçivəsində qəbul edilən "Bakı Fəaliyyətə Çağırış" (Baku Callto Action) sənədi insanmərkəzli nəqliyyat siyasətlərinin təhlükəsiz, dayanıqlı və davamlı şəhər mühitinin formalaşdırılmasında mühüm rolunu bir daha təsdiqləyir.

Tərəflər dayanıqlı və inteqrə olunmuş mobillik həllərinin təşviqi, eləcə də daha inklüziv, əlçatan və yaşanabilən şəhərlərin formalaşdırılması istiqamətində beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər.