“Xamenei ilə vidanın 4 iyulda da keçirilməsi təsadüfi deyil”
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından İranda ölkənin mərhum Ali Lideri Seyid Əli Xameneinin vida mərasiminə start verilib.
Adalet.az xəbər verir ki, bununla bağlı CNN telekanalında maraqlı xəbər paylaşılıb.
Xəbərdə vida mərasiminin 4 iyul tarixində də keçirilməsinin təsadüfi olmadığı qeyd olunur. Bildirilir ki, bu tarixin seçilməsi simvolik siqnal kimi qəbul edilə bilər, çünki məhz 4 iyulda ABŞ-də Müstəqillik Günü qeyd olunur. Üstəlik, bu il ölkə Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250 illiyini bayram edir. ABŞ Prezidenti Donald Trampın da yubiley münasibətilə xalqa müraciətlə çıxış etməsi gözlənilir.
Reportajda həmçinin qeyd olunur ki, dəfn mərasiminin Məhərrəm ayında keçirilməsi ona əlavə dini və siyasi əhəmiyyət qatır.
Qeyd edək ki, vida mərasimləri təkcə İranda deyil, İraqın Nəcəf və Kərbəla şəhərlərində də keçiriləcək. Sabiq rəhbərin cənazəsi iyulun 8-də İraqa aparılacaq. İyulun 9-da isə Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq Məşhəd şəhərində torpağa tapşırılacaq.
Xatırladaq ki, 86 yaşlı Əli Xamenei fevralın 28-də Tehrana aviazərbələr nəticəsində həlak olmuşdu.
Digər Xəbərlər
03 Iyul 2026 15:15
Hörmüz boğazından keçən gəmilərin sayı son həftədə 4 dəfə artıb
03 Iyul 2026 15:05
Ərdoğan Trampı razı saldı - Ankaraya səfər edəcək
03 Iyul 2026 12:29
"4 aya İran üzərində qələbə qazandıq, ABŞ-nin əvvəlki müharibələri illərlə davam edib"
03 Iyul 2026 12:24
Pezeşkian Paşinyanla görüşdü
03 Iyul 2026 10:57
MAQATE İranın nüvə obyektlərinə çıxış əldə etməyi planlaşdırır
03 Iyul 2026 10:02
Həyat yoldaşı Netanyahunu TƏHQİR ETDİ
02 Iyul 2026 18:00
Türkiyədə genişmiqyaslı əməliyyat: 307 nəfər saxlanıldı
02 Iyul 2026 17:45


Bakı -°C

