LDU-da möhtəşəm “Məzun günü” - FOTOLAR
Lənkəran Dövlət Universitetində (LDU) keçirilən “Məzun günü”ndə ilk öncə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü, Azərbaycanın müstəqilliyi uğrunda qurban gedən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Məzunlara ilk təbrik LDU-nun rektoru, professor Natiq İbrahimovdan gəlib. Rektor məzunları LDU-nun professor-müəllim heyəti adından təbrik edərək gələcək həyat yollarında uğurlar arzulayıb. Bildirib ki, bu il LDU-da 1230 bakalavr, 147 magistr olmaqla 1377 nəfər məzun olur. Son 9 ildə tələbələrin sayının 3 dəfədən çox artdığını deyən rektor qeyd edib ki, bu müddət ərzində universitetin maddi-texniki bazası tam yenilənib, müasir tələblərə cavab verən 3 tədris korpusu inşa olunub, modern avadanlıqlarla təchiz olunmuş baytarlıq klinikası istifadəyə verilib . Rektorun növbəti tədris ili üçün daha 2 tədris korpusunun inşasına başlanılacağı xəbəri alqışlarla qarşılanıb. LDU-nun beynəlxalq reytinqlərdə qazandığı uğurlardan danışan prof. Natiq İbrahimov müstəqil həyata mütəxəssis kimi vəsiqə alan məzunlara Lənkəran Dövlət Universitetinin adını hər yerdə uca tutmağı, onlara bəslənilən etimadı layiqincə doğrultmağı tövsiyə edib.
Məzun günündə çıxış edən Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Lənkəran Dövlət Universitetinin İctimai Şurasının sədri, Respublikanın əməkdar müəllimi Mənsur Ağayev, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 1 saylı Lənkəran-Astara Regional Filialının direktoru, LDU Məzunlar birliyinin rəhbəri Uğur Qurbanzadə, Astara Pedaqoji Kollecinin direktoru, prof. Kamran Kazımov, valideyn Talıb Fərzəliyev, məzun Günel Əliyeva məzunlara xoş arzularını bildiriblər.
Tədbirdə təhsildə fərqlənən və universiteti müvəffəqiyyətlə bitirmiş məzunların və LDU-nun təhsil və ictimai həyatında fəal iştirak etmiş tələbələrin bir qrupuna Fəxri- Fərman və xatirə hədiyyələri təqdim edilib.
Məzun günü Lənkəran Dövlət Universiteti tələbələrinin ifasında maraqlı konsert proqramı, şux rəqslərlə yekunlaşıb.
Unudulmaz tələbəlik illərinin son akkordları, təsirli anları xatirə şəkillərində əbədiləşdirilib.
Digər Xəbərlər
03 Iyul 2026 14:20
Magistraturaya qəbul imtahanının nəticələri AÇIQLANDI
03 Iyul 2026 11:50
Azərbaycan Universitetinin XXXII məzun günü keçirildi
03 Iyul 2026 11:19
Azərbaycanda bu tələbələrə icbari sığorta haqqı ödəniləcək
02 Iyul 2026 13:44
Bağçalara elektron qəbula başlanılır
01 Iyul 2026 12:17
Türkiyədəki səfirliyimizdə təhsil məsələləri üzrə müşavir təyin edildi
30 Iyun 2026 17:41
İyunun 21-də keçirilən imtahanın nəticələri açıqlanıb
30 Iyun 2026 12:15
"Müəllim özünü yazıq kimi görməməlidir" - Emin Əmrullayev
30 Iyun 2026 12:04


Bakı -°C

