Azərbaycanda bu tələbələrə icbari sığorta haqqı ödəniləcək
Könüllülərə, istehsalat təcrübəsindəki tələbə və şagirdlərə münasibətdə sığorta haqqı ödənilməsi mexanizmi olacaq.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda qüvvədə olan qanunda könüllü fəaliyyətin iştirakçısı olan könüllülərin də istehsalatda bədbəxt hadisələrdən icbari sığortalanması nəzərdə tutulsa da, onlara münasibətdə sığorta haqqının ödənilməsi mexanizmi müəyyən edilməyib.
Layihəyə əsasən, könüllü fəaliyyətin iştirakçısı olan könüllülərə münasibətdə sığorta haqqı onlarla bağlanmış müqavilənin qüvvəyə mindiyi, istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlərə münasibətdə isə istehsalat təcrübəsinin başladığı tarixdən 15 (on beş) iş günü müddətində ödənilməsi təklif olunur.
Digər Xəbərlər
03 Iyul 2026 11:50
Azərbaycan Universitetinin XXXII məzun günü keçirildi
02 Iyul 2026 13:44
Bağçalara elektron qəbula başlanılır
01 Iyul 2026 12:17
Türkiyədəki səfirliyimizdə təhsil məsələləri üzrə müşavir təyin edildi
30 Iyun 2026 17:41
İyunun 21-də keçirilən imtahanın nəticələri açıqlanıb
30 Iyun 2026 12:15
"Müəllim özünü yazıq kimi görməməlidir" - Emin Əmrullayev
30 Iyun 2026 12:04
Şagird məktəbə telefon apara bilər? - Nazirdən açıqlama
30 Iyun 2026 10:59
Nazir 2 min manat maaş alan müəllimlərin sayını açıqladı
30 Iyun 2026 10:36


Bakı -°C

