İlham Əliyev Lukaşenkonu təbrik etdi
Azərbaycan Respublikasının Prezident İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb.
Adalet.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli Aleksandr Qriqoryeviç.
Dövlət bayramı - Belarus Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Azərbaycan ilə Belarus arasında münasibətlər yüksə səviyyədə qarşılıqlı anlaşma, sıx qarşılıqlı fəaliyyət ilə xarakterizə olunur. Xalqlarımız arasında möhkəm dostluq və qarşılıqlı dəstək ənənələri, həmçinin yüksək səviyyədə razılaşmaların uğurla həyata keçirilməsi dövlətlərarası əlaqələrimizi keyfiyyətli məzmunla zənginləşdirir və istiqamətlərin bütün spektri üzrə ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə kömək edir.
Əminəm ki, birgə səylərlə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında çoxplanlı qarşılıqlı fəaliyyət və strateji tərəfdaşlıq dost xalqlarımızın və ölkələrimizin rifahı naminə gələcəkdə də ardıcıl olaraq genişlənəcək və dərinləşəcəkdir.
Hörmətli Aleksandr Qriqoryeviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə uğurlar, dost Belarus xalqına isə əmin-amanlıq və tərəqqi arzulayıram".
Digər Xəbərlər
03 Iyul 2026 11:04
“Ukraynanın əsas məqsədi Rusiyanı sülh danışıqlarına məcbur etməkdir...”
03 Iyul 2026 09:25
“Ukrayna Krımı qaytarmaq üzrə yekun döyüşə girib...”
03 Iyul 2026 09:16
“Astana bütün riskləri hesablamaq məcburiyyətindədir”
02 Iyul 2026 16:19
Səhiyyə nazirinin müavinlərinin sayı artırıldı
02 Iyul 2026 16:00
Azərbaycanın Avropa İttifaqı üçün əhəmiyyəti enerji ilə məhdudlaşmır
02 Iyul 2026 13:07
“Aİ etibarlı tərəfdaş kimi Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır”
02 Iyul 2026 12:31
Zakir Həsənov: BMT və NATO-keçirdiyi əməliyyatlarda Azərbaycan Ordusunun iştirak imkanları araşdırılır
02 Iyul 2026 11:15


Bakı -°C

