Dünyadan təcrid olunmuş qəbilənin fotoları yayımlandı
Amazon meşələrinin mərkəzində illərdir müasir dünyadan tam təcrid olunmuş şəkildə yaşayan qəbiləyə aid yüksək keyfiyyətli görüntülər ilk dəfə ictimaiyyətə təqdim olunub.
Adalet.az xəbər verir ki, amerikalı təbiət mühafizəçisi Paul Rosolie bu görüntüləri Lex Fridmanın podkast proqramında paylaşıb. O bildirib ki, kadrlara qədər həmin qəbilə ilə bağlı mövcud videolar əsasən uzaqdan və keyfiyyətsiz şəkildə çəkilmişdi.
Rosolie Amazon bölgəsində qoruma fəaliyyətlərinə 20 ildən artıq vaxt ayırdığını deyərək, bu qarşılaşmanı həyatının ən təsirli anlarından biri kimi dəyərləndirib.
Görüntülərin əvvəlində qəbilə üzvlərinin yay və ox kimi silahlarla ehtiyatla hərəkət etdiyi, daha sonra isə silahları yerə qoyaraq maraqlı və rahat ifadələrlə kameraya yaxınlaşdıqları müşahidə olunur. Rosolie ilkin anda vəziyyətin təhlükəli şəkildə gərginləşəcəyindən narahat olduğunu, lakin qısa müddətdə gərginliyin yerini qarşılıqlı etimad və marağa verdiyini bildirib.
Alimlər və yerli xalqların hüquqlarını müdafiə edən təşkilatlar dünyada hələ də təxminən 200 təmas qurulmamış icmanın mövcud olduğunu qeyd edirlər. Bu icmaların xəstəliklərə qarşı immunitetinin olmaması, həm sağlamlıq baxımından, həm də mədəni dəyərlərinin kənar müdaxilələr nəticəsində sürətlə məhv ola bilməsi ilə bağlı ciddi narahatlıqlar yaradır.
Digər Xəbərlər
06 Noyabr 2026 09:33
Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?
05 Noyabr 2026 13:40
Dreamland Baku beynəlxalq AIREX 2026 sərgisində iştirak edir - FOTOLAR
05 Noyabr 2026 07:38
Gündüz yuxunuz gəlirsə - Bu xəbəri mütləq oxuyun!
04 Noyabr 2026 10:50
“Çox vaxt insanları anlamaq üçün deyil...”
04 Noyabr 2026 07:28
Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...
03 Noyabr 2026 13:20
Nəsli kəsilmiş Turan pələngi təbiətə qayıdır - VİDEO
03 Noyabr 2026 07:24
Kasıblıq tələsi yaradan 4 cümlə: Psixoloqlardan maliyyə xəbərdarlığı
03 Noyabr 2026 07:03


Bakı -°C

