adalet.az header logo
  • Bakı -°C
06 Sentyabr 2017 17:42
24524
MARAQLI
A- A+

Dünyanın ən böyük adası: Qrenlandiya












Atlantik okeanının şimalında yerləşən Qrenlandiya 2,166,086 km² ərazisi ilə dünyanın ən böyük adasıdır.


Danimarkanın muxtar bölgəsi olan ada, şimal qütbündə yerləşir.


Davis Boğazı, Baffin Dənizi, Smiy, Kennedy və Robenson boğazları ilə cənub-şərqdə İslandiyadan, şimal-şərqdə də Svalbarddan ayrılan bir adadır.


Qrenlandiya əhalisinin əsas hissəsini danlar, eskimoslar, kanadalılar təşkil edir.Ölkənin yalnız cənubunda yaşayış vardır.


Şimaldan Morris Jusup , cənubda isə Farvel burnu yer alır.


Adanın 81% -i buzlaqlarla örtülmüş və bu buz qatı 3 km qalınlığında olub, dəniz səviyyəsindən aşağıdadır.


Qrenlandiyada yaşayan əhalinin sayı 57,500 nəfərdir.


Əhalinin böyük hissəsi qərb sahilindəki kiçik qəsəbələrdə yaşayır.


Ada əhalisinin əksəriyyətini xristian katolikləri təşkil edir. Bir qismi isə qeyri-ənənəvi dinlərə sitayiş edirlər.


Orta temperatura -7 dərəcədir. İqlimin quru və günəşli olduğu Qrenlandiyada qış fəsli olducqa soyuq və sərt keçir.


Yalnız qışda deyil; Yay aylarında belə, buzlu ərazilərdə hava temperaturu mənfi dərəcədən yuxarı qalxmır.


Ancaq; ilıq su axının təsiriylə cənub və qərb sahillərində iqlim daha yumşaq olur.