28 Aprel 2023 09:00
257
GÜNDƏM

DÜNYANIN ƏN GÖZƏL ŞƏHƏRİ…

Təbii ki, dünyada bir-birindən gözəl şəhərlər çoxdur və hər şəhərin də öz milli memarlıq üslubu, tarixi elementləri, eyni zamanda gözəllikləri var. Bunlar hamısı aydındır, amma ən təəccüblüsü odur ki, bu şəhəri bir vaxtlar erməni işğalçıları daşı-daş üstündə qoymayıb, yandırıb külə döndəriblər. Əlbəttə, hər şeyi təzədən başlamaq, yenidən inşa etmək, elə özü də orijinal bir formada şəhər salmaq elə də asan deyildi. Bayaq dediyimiz kimi, 1993-cü il avqustun 23-də Füzuli rayonu işğal olunanda ermənilər Horadizi od vurub yandırdılar. Şəhərin tüstüsü ərşə qalxmışdı. Arazdakı körpüdən keçib Aslandüzdə bu faciəli anı seyr edən bir çox sakinlər hönkür-hönkür ağlayırdılar. Və nə yaxşı ki, bu kədər, bu dərd uzun müddət davam eləmədi və 1994-cü ilin yanvarın əvvəllərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə «Horadiz əməliyyatı» aparıldı. Horadiz şəhəri və Füzulinin 22 kəndi erməni işğalından azad olundu.

Qısa zaman kəsiyində rayonun sosial-iqtisadi inkişafı zaman-zaman yenidən tərəqqi etməyə başladı.

Ulu Öndər Heydər Əliyevin tapşırığı və tövsiyyəsi ilə bu şəhərdə və 22 kənddə çox möhtəşəm abadlıq və quruculuq işlərinə başlanıldı. Uümummilli Lider özü bir neçə dəfə Füzuli rayonuna səfər etdi, görülmüş və tikilmiş bir neçə möhtəşəm obyektin açılışını həyata keçirdi və bu quruculuq işlərinin daha geniş vüsət alması üçün konkret tapşırıqılar verdi. Üstəlik də şəhərin və 22 yaşayış məntəqəsinin yenidən inşa olunması üçün milyonlarla manat vəsait ayrıldı.

Aydındır ki, böyük quruculuq işlərinin həyata keçirilməsi sözün həqiqi mənasında həm məsəuliyətli, həm də qürurverici bir iş idi. Ona görə də ilk növbədə Horadiz şəhərində sosial obyektlərin, yaşayış binalarının tikintisinə və bərpasına başlanıldı. Yol infrastrukturu yenidən quruldu. Şəhərin yandırılmış binaları bir-bir sökülərək müasir üslubda inşa olundu və eyni zamanda Horadizə işıq, qaz, su xətləri çəkildi. Bu isə deməkdi ki, şəhərdə insanların normal yaşaması və işləməsi üçün əlverişli şərait yaradılmışdı. Təbii ki, ilk növbədə adını çəkdiyimiz sosial obbyektlərlə yanaşı, məktəblərin və uşaq bağçalarının, eləcə də xəstəxanalıran iikintisi diqqət mərkəzində saxlanıldı. Zarafat deyildi, yandırılmış və külə dönrdərilmiş şəhər yenidən tikilib, dirçəlir və qurulurdu. Axı bir müddətdən sonra şəhərə minlərlə sakin qayıtmalı idi. Onların yaşayışını, iş yerini təmin etmək üçün ciddi addımlar atılmalı idi. Bu addımlar da zaman-zaman atılırdı. Ən başlıcası o idi ki, yerli sakinlər şəhərə çox böyük sevinclə, həvəslə qaydırdılar. Onlar öz gözlərinə inanmırdalır. Beş-altı ayın içərisində şəhərdə çox möhtəşəm işlər görülmüş, abadlıq-tikinti quruculuq tədbirləri gerçəkləşmiş və bir-birindən yaraşıqlı, gözəl binalar inşa olunmuşdur. Heç şübhəsiz, sakinlər bu mənrəzərəni və bu anı görəndən sonra şəhərdə yaşamağa və işləməyə daha böyük maraq göstərirdilər.

Eyni zamanda, şəhərə qayıdan və orada işləyən sakinlərin təhlükəsizliyi də Azərbaycan Ordusu tərəfindən yüksək səviyyədə təmin edilirdi. Horadizdə Heydər Əliyev parkının tikilməsi və onun möhtəşəm bir formada inşa olunması şəhərə gələn çox insanları təəccübləndirirdi. Bu tikintidə milli memarlıq üslubu ilə yanaşı, tarixi elementlərə də xüsusi diqqət yetirilirdi. Heç şübhəsiz bu möhtəşəm bu parkın inşa olunması şəhərə möhtəşəm bir gözəllik və füsunkarlıq gətirirdi. Parkda bir-birindən gözəl güllər, çiçəklər və yaşıllıqlar adamın diqqətini özünə cəlb edirdi. Sanki bura bir cənnətə bənzəyirdi. Bir müddətdən sonra park daha da gözəlləşdirildi. Onun sahəsi bir qədər də genişlənrdirildi. Parkın içərisində bir-birindən gözəl və müasir üslubda istirahət guşələri inşa edildi. Elə «Gənclər Mərkəzi»nin, YAP-ın Füzuli rayon şöbəsinin yeni binasının inşası nəyə desən dəyər. Eyni zamanda, güllərin və çiçəklərin, yaşıllıqların qorunması, suvarılması və orada səliqə-səhmanın yaranması Rayon Mənzil Kommunal Təsərrüfatının daim diqqət mərkəzində oldu. Heç də təsadüfi deyil ki, Horadiz şəhərində son beş-on ildə yüz mindən çox şam ağacı, çinar və eləcə də digər ağaclar və bəzək kolları əkilib. Hər gün səhər saat 7-8 radələrində Kommunal Təsərrüfatının əməkdaşları orada təmizlik işləri aparır, ağacları sulayır, bir çox ağaclarınsa qurumuş budaqlarını darayır və eyni zamanda onların inkişafı üçün lazımi aqrotexniki tədbirlər həyata keçirilir.

Füzulidə və o cümlədən Horadizdə çox möhtəşəm quruculuq işləri davam edib və bu gün də davam edir. Çoxlu sayda sosial obyektəlr tikilməklə yanaşı, yeni iş yerləri açılır və bu gün tam məsuliyyətlə demək olar ki, Horadiz şəhərində çoxlu sayda insanlar öz vəzifə borclarını yerinə yetirir, qarşıya qoyulmuş tapşırıqları icra edir, bir sözlə, şəhərin inkişaf etməsi üçün hər kəs öz bacardığı qədər bir işin qulpundan yapışır. Yeni istehsalat sahələrinin açılması, sahibkarlıq fəaliyyətinin inkişafı daim diqqət mərkəzində olub. Əlbəttə, insanlar o yerdə duruş tapırlar ki, onların iş yerləri olur və rahat yaşaması üçün lazımi şərait yaradılır. Bax, belə bir şərait sözün həqiqi mənasında Horadiz şəhərində yaradılıb və insanlar bundan çox razıdırlar.

Məsələn, Horadiz sakini Cəfər Nadir oğlu Əhmədov deyir ki, bizim şəhərə kimin yolu düşsə, elə həmin an təəccüblənəcək. Bəlkə kimsə əvvəllər yolunu bu şəhərdən salıb. Yəqin onlar əvvəlki Horadizi də görüblər, bugünkü şəhəri də. Sovet dövründə Horadiz yaxşı şəhər idi və burda demək olar ki, çox böyük ticarət mərkəzləri, tikinti birlikləri və eləcə də digər sosial obyektlər mövcud idi. Amma bu gün, Allah and olsun Horadiz Sovet dövründə olduğundan qat-qat gözəldir. İnanmırsınız, yolunuzu bizim şəhərə salın, görün şəhərimiz necə də gözəldir.

Prezident İlham Əliyev dəfələrlə Horadizə səfər edib və onun çox böyük qayğısı, diqqəti sayəsində şəhərdə möhtəşəm abadlıq işləri görülüb. Prezident hər səfərində şəhərdə neçə-neçə sosial obyektin açılışında iştirak edib. Bütün bnlar onu göstərir ki, Horadiz gündən-günə gözəlləşir və Avropanın şəhərlərinə bənzəyir.

Şəhərin ən gözəl yerlərindən biri də Bayraq Meydanıdır. Bu Bayraq Meydanı öz əzəməti, möhtəşəmliyi ilə seçilir. Ən yüksək yerdə inşa olunmuş bu meydanda minlərlə küknar ağacı əkilib və meydana qeyri-adi bir gözəllik gətirib, üstəlik də həmin ağacların damcı üsulu ilə suvarılması bu ağacların daha yaxşı inkişaf etməsinə şərait yaradır. Əlbəttə, gözəl şəhər salmaq da olar, gözəl park tikmək də mmükündür. Amma gərək o gözəlliyi həm də qorumağı bacarasan. Yayın istisində və qışın soyuğunda kommunal təsərrüfatın işçiləri nəinki Bayraq Meydanında, hətta digər praklarda və meydanlarda yaşıllıqlara və ağaclara yüksək xidmət göstərir, onları vaxtında suvarır, quru budaqları təmizləyir və parklarda səliqə-səhman yaradırlar.

Bəli, dünyanın çox gözəl şəhərləri var və o gözəl şəhərlərindən biri də Horadizdir. Bəzən onu Avropa şəhərlərinə bənzədirlər. Amma elə Horadiz özü milli memarlıq üslubu ilə və orjinal inşası ilə elə özünə bənzəyir: gözəl, yaraşıqlı və füsunkar!

 

Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.