adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Noyabr 2023 09:00
13449
LAYİHƏ

DÜNYANIN ƏN GÜCLÜ SİYASİ LİDERİ – HEYDƏR ƏLİYEV!

Dünyada çox tanınmış və böyük siyasətçilər olub. Onların adını çəksək, uzun bir siyahı alınar. Amma hamı yaxşı bilir ki, zamanından və məkanından asılı olmayaraq hər dövrün öz böyük siyasətçiləri, tarixi şəxsiyyətləri və millətini azadlığa çıxaran siyasətçilər olub. Təbii ki, həmin siyasətçilərin adı tarixin qızıl səhifəsinə yazılıb. Ancaq elə siyasətçilər də olub ki, onlar Yer üzünü qana bələyiblər. Aydındır ki, həmin adamların da adı tarixin «qara səhifəsinə» yazılıb. 

Ümumiyyətlə, hər bir böyük şəxsiyyətə və siyasi liderə çox vaxt vaxtında dəyər verilməyib və müəyyən zaman keçəndən sonra onların bir daha böyük şəxsiyyət olduğu, tarixdə silinməz izlər qoyduğu öz təsdiqini tapıb. 

Belə böyük dünya şöhrətli siyasətçilərdən biri də Ulu Öndər Heydər Əliyevdir. O, Heydər Əliyev ki, Sovet İttifaqının vaxtında Siyasi Büronun üzvü olub, öz uzaqgörən, müdrik siyasətilə digərlərindən fərqlənib. Əlbəttə, həmin dövrdə başqa millətin nümayəndəsinin Siyasi Büronun üzvü olması elə də asan məsələ deyildi. Çünki rus şovinizmi, qısqanclıq və paxıllıq imkan vermirdi ki, bu böyük siyasətçilər öz layiqli yerlərini tutsun. Lakin təziyqlərə və təsirlərə baxmayaraq, Heydər Əliyev Kremldə doğan bir Günəşə bənzədi və işığı, nuru ilə nəinki öz millətimizi, həm də başqa millətlərin həyatını işıqlandırdı. 
Böyük bir şəxsiyyətin Siyasi Büroda olması həmin Büroda fəaliyyət göstərən bir neçə adamı, o cümlədən Romanovu, Qarbaçovu çox qıcıqlandırırdı, hər bir bəhanə ilə onu o kürsüdən uzaqlaşdırmaq istəyirdilər. Amma Heydər Əliyev elə böyük siyasi şəxsiyyət idi ki, heç bir qüvvə onu tutduğu mövqedən uzaqlaşdıra bilməzdi. Sadəcə, özü hər şeyə etiraz edərək, haqsızlığa, ədalətsizliyə dözməyərək Kremldən getdi. Çünki Kremldəkilər qorxurdular ki, o, Sovet İttifaqıı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi ola bilər. Əgər Heydər Əliyev o vəzifəyə seçilsəyi Sovet İttifaqı dağılmazdı və ölkələr bərbad günə qalmazdı. 

Onsuz da Ulu Öndər Azərbaycana qayıdandan sonra öz xalqının firavanlığı, dirçəlişi və inkişafı naminə bütün əziyyətlərə, çətinliklərə dözdü. Çünki Heydər Əliyev Azərbaycan xalqını çox sevirdi, Azərbaycan xalqı da Ulu Öndəri çox istəyirdi. O, xalqın ən ağır günündə millətin tələbiylə hakimiyyətə gətirildi. Ona görə gətirildi ki, ölkədə xaos, özbaşınalıq, dərəbəylik baş alıb gedirdi. Üstəlik də, erməni işğalçıları və onların havadarları tərəfindən torpaqlarımızın 20 faizi işğal olunmuşdu. Ölkədə vəziyyət həddindən artıq kritik və çətin idi. Belə bir dönəmdə hakimiyyətə gəlmək, xalqı idarə etmək və dövlətçiliyimizi idarə etmək elə də asan məsələ deyildi. Bununla yanaşı, işğal olunmuş torpaqlarımızdan bir milyona yaxın məcburi köçkün və qaçqın yurdsuz, yuvasız qalmışdı. Millətin ən ağır, ən çətin, ən məşəqqətli günüydü desək, yanılmarıq. Çünki bir mliyona yaxın qaçqın və didərgin yaşamaq üçün yer axtarırdı. Onları yerləşdirmək, onları qidalandıırmaq və işlə təmin eləmək çox çətin bir məsələ idi. Təbii ki, millətin atası Heydər Əliyev xalqın ağır günündə sinəsini qabağa verdi, onları bağırna basdı, çətin vəziyyətdən çıxmaqlarına və yaşamaqlarına arxa durdu. Millət yaxşı bilirdi ki, bu xalqı çətin durumdan Heydər Əliyev xilas edə bilər. Elə ona görə də xalq Ulu Öndəri tələb edirdi. 

Həm daxili, həm də xarici qüvvələr ölkədə sabitliyi pozmağa çalışır, iqtisadi sobataj yaradır, bir sözlə, Ulu Öndərin fəaliyyətinə maneçilik törətmək istəyirdilər. Ancaq Heydər Əliyevin apardığı uzaqgörən və məqsədyönlü siyasət nəticəsində bir neçə aydan sonra, ölkədə sabitlik bərpa olundu, ictimai asayiş təmin edildi, vətəndaşların və insnaların təhlükəsizliyi hüquq-mühafizə orqanları tərəfindən qorundu. Heydər Əliyev hakimiyyətə gələndə ölkədə vətəndaş müharibəsi başlamışdı və müəyyən qüvvələr bu müharibəni daha da alovlandırmağa çalışırdılar. Lakin Heydər Əliyevin siyasi gücü və möhkəm iradəsi hesabına bu vətəndaş müharibəsinin qarşısı alındı, qardaş qırğınına yol verilmədi. Bir sözlə, bir çoxları yanan ocağın üstünə su əvəzinə benzin tökdülər, Ulu Öndər də onun qarşısını ağıllı və müdrik siyasəti ilə almağı bacardı. Üstəlik də, Xalq Cəbhəsinin vaxtında qonşu ölkələrlə, Rusiya ilə münasibətlər korlanmışdı. Amma Heyər Əliyev bu çətin məsələləri də qısa zaman kəsiyində yoluna qoydu, Rusiya və digər ölkələrlə siyasi, iqtisadi və mədəni əlaqələri yenidən qurdu. 

Bir çoxları elə təsəvvür edirlər ki, Azərbaycan gənc, müstəqil dövlət olduğuna görə öz ərazi bütövlüyünü qoruya bilməyəcək və işğal altında olan torpaqlarını azad etməyi bacarmayacaq. Ulu Öndər Heydər Əliyev bir daha dünyaya sübut etdi ki, müstəqil Azərbacyan dövləti siaysi, iqtisadi və hərbi cəhətdən qısa zamanda möhkəmlənməyi bacardı və 1994-cü ilin yanvarın əvvəllərində Füzulinin işğal olunmuş 22 yaşayış məntəqəsini və Horadiz şəhərini erməni işğalından azad etdi. Həmin yurdda Azərbaycan bayrağı yüksəldildi və bir neçə ilin ərzində Füzulinin işğaldan azad olunmuş kəndləri və Horadiz şəhəri yenidən tikilərək, insanların istifadəsinə verildi. Həmin yerlərə kimlərin indi yolu düşsə, görərlər ki, Heydər Əliyev 90-cı illərin  axırlarında Füzulidə nə qədər böyük möhtəşəm abadlıq və quruculuq işləri görüb. 

Ulu Öndər həmişə dövlətçiliyimizi və müstəqilliyimizi diqqət mərkəzində saxlayıb. Heydər Əliyev müstəqilliyimizdən söz düşərkən demişdir: «Hər birimizin qəlbini sonsuz qürur duyğuları ilə döyündürən milli dövlətçilik atributlarımızı, türklüyün zəngin maddi və mənəvi dünyasını nümayiş etdirən tarixi abidələrimizi, ümumbəşəri dəyərlərimizi maneəsiz inkişaf etdirmək üçün hər cür şərait yaranmışdır». Təbii ki, Ulu Öndərin bu fikirləri zaman-zaman həyata keçdi. Bizim dövlətçliyimizlə bağlı, maddi və mənəvi dəyərlərimizlə bağlı bütün nə vardısa, hamısı dünyaya çatdırıldı və dünya da bildi ki, Azərbaycan müstəqil dövlətdir, onun zəngin maddi və mənəvi dünyası var və bu dünya digər xalqlara da bəşərilik, insanpərvərlik idleyaları təbliğ edir. 

Heydər Əliyevin uzaqgörən siyasəti ölkəmizin daha da çiçəklənməsinə və inkişaf etməsinə böyük təkan verdi. Ulu Öndərin səsləndirdiyi bir fikir yadımıza düşür: «Xoşbəxtik ki, nəhayət, XX əsrin sonunda Azərbacyan öz milli azadlığını, dövlət müstəqilliyini əldə edib və öz təbii sərvətlərindən nə cür, hansı yolla istifadə olunmasını özü müəyyən edir». Ulu Öndərin bu fikirəlri bir daha təsdiq edir ki, heç bir xarici dövlət bizim razılığımız olmadan təbii sərvətimizdən istifadə edə bilməz. Çünki Azərbacyan qüdrətli və müstəqil bir dövlətdir və müstəqil dövlət müstəqil siyasət yeridir və dünya da onunla razılaşır.            

     

Faiq QİSMƏTOĞLU

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.