adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Mart 2016 12:33
103987
RUBRİKA

Dünyanın qara üzü: "Köçəri ruhlar"

Dünyanınhəm qara, həm ağ üzündə bizlərlə bərabər dolaşanlar – ruhlar və onların canı tərkedəndən sonra aqibətindən tarix boyunca danışılıb, hələ bundan sonra dadanışılacaq. O danışanlardan biri də niyə biz olmayaq?! Tarixin qatlarınaruhlarların quş tükü kimi yüngül "tən”ləri ilə səyahət edib Adəm oğlunu bu qədərnarahat edən mövzuya öz payımızı qataq. Rubrikamızın budəfəki mövzusureinkarnasiya – ruhun təkrar qayıdışı və bədənlənməsi, yaxud ruhun bir bədəndəndigərinə keçməsidir. 

Reinkarnasiya latın sözü olub "yenidən diriliş” deməkdir.Amma bu latın sözünün özünü yenidən dirildən hind fəlsəfəsidir. Hind fəlsəfəsinəgörə, hər bir insan paklanmaya qədər ruhu təkrar-təkrar dünyaya qayıdır, arınmaprosesini keçə-keçə, nəhayət tam paklanmış vəziyyətdə cənnətə doğru yönəlir. Yənicənnət Allahın mütləq mənada lütfünün hakim kəsildiyi bir fəza sistemi, cəhənnəmisə yaşadığımız dünyadır. Reinkarnasiya ilə yanaşı, karma inancı da çoxallahlıdinin əsasını təşkil edir. Karma inancı hinduizm, buddizm və çaynizm kimi diniinanclarda əhəmiyyətli yer tutur. Sanskrit dilinə mənsub olan karma sözü "hərəkət”mənasını verir. Hind fəlsəfələrində karma anlayışı səbəb-nəticə qanunu kimitanınır. Buna görə də karmaya inanan insan öldükdən sonra başlayan yeni həyatındakımüvəffəqiyyətlərinin, ictimai mövqeyinin və ya həyat tərzinin əvvəlki həyatındakıdavranışlarına və əxlaqına bağlı olduğuna inanır. Karmanın əsasında isə insanınölümdən sonra dünyaya yenidən başqa bir bədənlə gəlməsi və bu ölüb-dirilməninmüntəzəm olaraq davam etməsi mənasını verən reinkarnasiya inancı var.



Ammahindlərlə yanaşı eskimoslar, hindular və digər tayfaşəkilli kiçik xalqlar dabelə hesab edirlər ki, doğulan uşağın bədəninə yeni ruh deyil, onun ölmüşqohumunun xüsusən də baba və ya nənəsinin (ulu da ola bilər) ruhu daxil olur. Buideya antik Yunan filosofları tərəfindən də qəbul edilərək əsərlərində kifayətqədər böyük yer tutub. Sokrat, Pifaqor, Platon, Plutarx kimi mütəfəkkirlərin reinkarnasiyailə bağlı bəzən bir-birinə zidd, bəzən də zəncirvari şəkildə təsdiqlənən fikirlərimövcuddur. Məsələn, bugünkü gündə də hər kəsə məlum olan Pifaqor cədvəlindəinsanın doğum ili, ayı və gününün müxtəlif şəkildə hesablanaraq ruhunun ona qədərneçə bədəndə olmasına dair hesablamalar var. Hazırki numeroloqların stolüstü cədvəlidir desək, yanılmarıq.

Platonunfikirləri hind fəlsəfəsi ilə üst-üstə düşür. Yəni növbəti həyatda insan ruhu özəməllərinə görə heyvan bədənində canlana bilər. Bu dünyada əyyaşlıq və oğurluqedən uzunqulağa, ədalətsiz və qəddar adam yırtıcı heyvana, zəhmətkeş insan isəarı və ya qarışqaya çevrilə bilər.

Reinkarnasiyayəhudilikdə də qəbul olunur. Xüsusilə XII əsrdən etibarən ruh köçürülməsi budinin hətta əsasını belə təşkil etməyə başlayıb. Bəzi kabbalistlər hind fəlsəfəsiüzərində – ruhun növbəti həyatda heyvan bədənində təşəkkül etməsi – öz fikirləriniyürüdüblər. XIII əsrdən etibarən bu mövzuda çoxsaylı kitablar yazılıb, qollaraayrılan yəhudi məktəbləri formalaşıb. Bəzi yəhudi cərəyanları isə belə hesabedirlər ki, ruh bir şərtlə başqa bədənə köçə bilər: o da əgər bu dünyadamissiyasını başa vurmayıbsa, onun əvvəlki cismi öz əcəli ilə deyil, insan əli iləöldürülüb, ömrü yarıda qoyulubsa. Bundan başqa, Kabbalada Adəminruhunun Nuha, sonra İbrahimə və nəhayət Musa peyğəmbərə köçdüyü bildirilir.

İslamdini ruh köçünü inkar edir. Məhəmməd Peyğəmbərə (s.ə.s) bununla bağlı suallarverəndə bu fikri qətiyyətlə rədd edib. Bəzi təriqətlər isə reinkarnasiyanı qəbuledir. Türklər qızılbaşların (səfəvi şiələri) ruh köçünə inandığını deyirlər.Əslində sonuncu imamın yeni bədəndə dirlicəyini buna misal göstərmək olar. Ammamüqəddəslərin bu cür dirilişi fikri digər dinlərdə də mövcuddur. İslam mütəfəkkirlərindənÖmər Xəyyamın reinkarnasiya ilə bağlı düşüncələri rübailərinin demək olar ki, əsasınıtəşkil edib.

Xristianlıqdaisə ənənəvi möminlər inanmasalar da,  NewAge (Yeni nəsil) xristianlar bu inancı qəbul ediblər. Spiritualistlər İncilinilk versiyalarında reinkarnasiya ilə bağlı təsdiqlərin olduğunu, sonradan həminhissələrin bunda marağı olan möminlər tərəfindən çıxarıldığını iddiia edirlər. 

QərbiAvropa xalqlarının folklorunda ruh köçü əsas mövzulardandır. Xüsusən də Norveç,Danimarka, İsveç, İslandiya nağıllarında bu mövzuya sıx-sıx rast gəlmək olar.Amma ən çox Asiya xalqları – Hindistan, Çin, Tailand, Banqladeş inanclarında,eləcə də Cənubi Amerika və Afrika şamanizmində reinkarnasiya ana xətt təşkiledir. 



Qərbspiritualisti Yan Stivenson iddia edir ki, 5 yaşına qədər uşaqlar əvvəllərhansı bədəndə olduqlarını yaxşı xatırlayırlar. İnsan böyüdükcə cisminin əvvəlkisahiblərini və getdiyi yerləri yuxusunda görə bilər. Elə fransız dilindəndünyaya yayılmış "dejavyu” da təxminən eyni mənanı verir. (Dejavyu barədə daha ətraflı sonrakı buraxılışımızda olacaq)  Yəni insan bir yerəgedərkən daha öncələr burda olduğunu hiss edir, ərazini tanıyır, halbuki bu yerəilk dəfədir ki, səyahət edir. Yan Stivensonun fikirlərinə misal olaraq bir realhadisəni nümunə göstərək: ABŞ-ın Ohayo ştatında 5 yaşlı Lukе Ruelmanadlı uşaq valideynlərinə bildirmişdi ki, əvvəllər Pam аdındаbir qadın olub. Yanğın zamanı ölüb. Valideynləriəvvəlcə fikir vermək istəməsələr də, uşağın davamlı olaraq bunu iddia etməsindənsonra araşdırma aparıblar. Qəribədir ki, uşağın dediklərinin həqiqət olduğuortaya çıxıb. Pam adlı qadının 22 il öncə yanğında öldüyü məlum olub.

Valideynlərinindediyinə görə, uşaq 2 yaşından bəri alovdan çox qorxurmuş. Öncə düşünüblər ki,bu adi uşaq qorxusudur. Amma 2-3 ildən sonra tamamilə sərbəst danışmağabaşlayandan oğlan ruhunu daşıdığı qadından bəhs edib. "Mən gözəl qadınidim, baxımlı idim. Gözəl saçlarım, bəzək-düzək əşyalarım vardı”, - deyə israredirmiş. 

AnasıErika ilk dəfə Pamın kim olduğunu soruşanda isə aldığı cavabdan şoka düşüb:"Mənim əvvəlki bədənim... Öləndən sonra cənnətə düşdüm. Tanrını görüb,onunla söhbət etdim. Bu dünyada işimin hələ bitmədiyini deyib, geri yolladı.Amma əvvəlki bədənim tamamilə yararsız, tanınmaz hala düşdüyü üçün başqa bədənverdi. Cənnətdə gözümü yumdum, oyananda gördüm ki, bu dünyadayam, amma körpəyəm.Bir az üzüldüm, amma fikirləşəndə ki, həyata yeni başlayacam, bu mənirahatladı”, - bu cümlələr 5 yaşında uşağa aiddir. Elə insanları heyrətləndirəndə bu olub.

Araşdırmalardanbelə bəlli olub ki, uşağın anlatdığı Pam (Pamela Robinson) 1993-cü ildəÇikaqoda bir oteldə çıxan dəhşətli yanğında yanıb, instinktiv olaraq, canınıqurtarmaq üçün özünü yuxarı mərtəbədən ataraq ölüb. Həmin yanğında 19 nəfərölmüşdü.

Reinkarnasiyamövzusu ədəbiyyata da təsirsiz ötüşməyib. Bu günə qədər bir çox böyük yazarlarruh köçməsinə öz əsərlərində yer veriblər. Bunlardan Cek London (Adəmə qədər), ÇarlzDikkenz (Deyvid Kopperfild), Onore de Balzak (Serafit), Ceyms Coys (Uliss),Riçard Bax (Conatan Livinqston adlı qağayı) və digər yazıçılar köçəriruhlardan ilhamlanıblar.

Eləkinomatoqrafiya da bu mövzu ilə xeyli diqqət çəkib. Azərbaycanda da çox sevilənArgentina serialı "İkinci həyat”, Hindistan istehsalı "Om Şanti, Om”, Hollivudfilmləri "Mumiya qayıdır”, "Avatar: Ange haqında əfsanə”,  "Diriliş” və s. ekran əsərlərindəreinkarnasiya qan donduracaq maraqla çoxsaylı tamaşaçıların marağını çəkib. 


Şəfiqə ŞƏFA