adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Avqust 2016 12:52
139071
RUBRİKA

Dünyanın qara üzü: "Səmavi möcüzə"

Möcüzənin rəngi varmı? Bilmirik. Amma insan övladı gözünün görəbildiyini mütləq çeşidləyib ağ və qaraya bölür. Bu iki rəng özündə digər rəngləribirləşdirib, kainatın rəngarəngliyini ona düşən işıqdan tənzimləyir. Odur ki,dünyada baş verənləri, əməlləri, hadisələri də bu rənglərin prizmasından görürük. "Dünyanın qara üzü” rubrikasında biz bütün möcüzələrə qara rəngdənbaxırıq, çünki qara həm də müəmmanın rəngidir, bilinməyən, ya da az bilinənhadisələrin görünməyən tərəfləri, əlbəttə ki, qara rəngə bələnib. Bir insanövladı olaraq o qaraya azacıq da olsa işıq tutmağa çalışırıq. Gözünün gördüyü nurladünyanın qara bilincini işıqlandırmaq missiyasını üzərinə götürmüş insanlardanbirinin - kosmonavt Nil Armstronqun 25 avqust xatirəsi qeyd olunduğundan bumövzuya bir daha toxunmaq qərarına gəldik.

Nil Armstronq təkcə kosmos tarixində deyil, din tarixində də adını həkkedə bildi. O möcüzə göstərmədi, gördüyü möcüzəni göstərdi. Aya uçuşdan öncədediyi "Bu, bir insan üçün kiçik, insanlıq üçün böyük addımdır” ifadəsisonralar dillər əzbəri olmaqla yanaşı, həm də əsl həqiqətlə bağlı bəşəriyyətəötürdüyü mesaj oldu.

Картинки по запросу Nil Armstronq

1969 – insanın ayı fəth etdiyi il. "Apollon-11” kosmik gəmisininkosmonavtları – başda Armstronq olmaqla Oldrinq və Kollinsin Ayın səthində tədqiqatızamanı gözləri önündə qəribə mənzərə açılır: nəhəng açıq kitab dumanlı fondaparıldayır. Gözlərinə, daha doğrusu skafandrın optik cihazına inana bilməyənkosmonavtlar cihaza düzəliş verirlər, amma nəticə dəyişmir: eyni görüntü... Azsonra xışıltılı səslər gəlməyə başlayır, sanki kimsə oxuyur. Getdikcə səs aydınlaşır,bəli bu, həzin, qəribə bir musiqi idi!.. Astronavtlar tərəddüd və vahimə içindədonub qalırlar. Baş verənlər lentə yazılır. Kosmonavtlar Yerə enən kimi lent yazısıNASA-da oxunur. İslamdan xəbəri olan əməkdaşlar təsdiqləyirlər: bu, açıq-aydınkəlmeyi-şəhadət idi - "Əşədüənnə la ilahə illəllah” ("Şəhadət gətirirəm:Allahdan başqa allah yoxdur”). NASA dünyanı İslam möcüzəsi qarşısında dizçökdürəcək bir lent yazısını "yuxarı”nın tapşırığı ilə dərhal yox edir.Amma azan səsini yenidən eşitmək digər astronavtların da qismətinə düşür."Apollon-16”  kosmik gəmisininastronavtı Vorden də Ayda olarkən eyni musiqini eşitdiyini NASA-ya bildirir.Əlbəttə ki, bu xəbər NASA-nın ürəyincə olmur və göndərilən mesaj lentdənsilinir.

Hələ heç bir sirr, xüsusilə birbaşa ilahilik səciyyəlidirsə, gizlədiləbilməyib. 1983-cü ilin fevralında Armstronq Misirdə keçirilən beynəlxalqkonfransa qatılır. Bu, Armstronqun təkcə Misirə deyil, ümumiyyətlə İslamdünyasına ilk səfəri idi. Konfransın ilk hissəsi yekunlaşarkən çıxış edənArmstronq qəfil nitqini yarımçıq qoyur. Oradakı hər kəs astronavtın üzünün necəağardığını, gözlərinin bərəldiyinin şahidi olub. Bir müddətdən sonra özünə gələnArmstronq bayırdan eşidilən valehedici musiqinin nə olduğunu soruşur. Ona izahedirlər ki, bu, müsəlmanları ibadətə çağıran azan səsidir. Bunu eşidənArmstronq onlarla iştirakçı və mətbuat nümayəndələrinin gözü önündə dünyanıçalxalandıran aşağıdakı sözləri deyir: "Bu səs idi... Aya təzəcə addımatmışdıq ki, onu eşitdik...Bu musiqini eşidəndə damarımda, az qala qanımdonmuşdu”. Daha sonra o udqunub susur və bu cümlələri əlavə edir: "İlahi!Mən səni yerdə yox, göydə tapdım... Aya duasız getmişdim, indi isə dualarımı əksiketməyəcəm. Məni də bir müsəlman hesab edə bilərsiniz”.

Armstronqun bu çıxışı xristian dünyasında soyuq duş effekti yaratdı.Bu etiraf həm NASA-nın ciddi tapşırığına əməl etməmək, həm də çoxsaylıxristianda İslama meyl yaratmaq demək idi. Nəticələrdən qorxan xristian böyükləridərhal hərəkətə keçdilər. Və Armstroq təkzib verməli oldu. Onun köməkçisiVivian Vayt Beynəlxalq Xristian Qardaşlığı Cəmiyyətinin sədri Fil Parşala beləbir məktub ünvanladı:

"Cənab Parşal,

Məndən cənab Nil Armstronq sizə cavab verməyi xahiş etdi. CənabArmstronq bildirir ki, onun Ayda müsəlmanların ibadət çağırışı olan azan səsinieşitməsi və İslam dinini qəbul etməsi yalan məlumatdır. İslam ölkələrində beləinformasiyalar məqsədli şəkildə yayılıb. Bəlkə də, jurnalistlər hörmətliArmstronqun fikirlərini düz başa düşməyiblər. Yaranmış narahatlığa və qarışıqlığagörə cənab Nil Armstronq sizdən üzr istəyir.

Hörmətlə, Vivian Vayt

1983, 14 iyul”.

Bax belə, təmkininə görə "soyuq kapitan” ləqəbi verilmişArmstronq bu dəfə də soyuqqanlılıq göstərməli oldu və səmavi möcüzənin üstünüyerüstü yalanla örtməyə vadar edildi. 2012-ci ildə dünyasını dəyişənəcənxristian tənbehinə əməl etməli oldu. Sadəcə, bir müsahibəsində jurnalist ona"həqiqətənmi, azan səsini eşitmişdiniz” sualını verərkən o, azacıq susmuş,sonra köks ötürərək "bu barədə çox danışılıb. İndi danışmağa gərək görmürəm”desə də, sualdan yayınmaqla dolayısı yolla həqiqəti təsdiqləyib.

Əslində, o vaxt xristian nüfuzunun zəifləyəcəyindən təşvişə düşənİsavilərin bu qorxusu nahaq idi. Çünki sonrakı araşdırmalar Armstronqun Aya səyahətinəİncildə də işarə olunduğu aşkara çıxartdı. İncildə Müqəddəs İohannın vəhyinin4-cü hissəsində  "7-ci nişanə”ningüclü əl tərəfindən açılması ilə bağlı cümlə var. İndi kosmonavtın adına baxaq:Armstronq, ingiliscədən dilimizə "güclü əl”, "qolu güclü” kimi tərcüməolunur. İncilə görə, həmin güclü əl cəsur mələyə aiddir. Nəzərə alsaq ki, Yerkürəsindən fəzaya uçan kosmonavt həm cəsarət sahibi olmalıdır, həm də səmayaaçılan canlı insandan çox mələyə bənzəyər, deməli İncil Ayın səthinə kimin enəcəyinəişarə verirmiş. Buradakı "7-ci” sayına diqqət edək: bu isə xristian vəhyiniİslama bağlayır. Belə ki, Qurani-Kərimin ilk "Kitabı açan” surəsi 7 ayətdən ibarətdir. Yenə də açıq kitab və 7 rəqəmikimsə tərəfindən açılır. Bu bir daha onu göstərir ki, biz ölümlü insanlar dinləribir-biri ilə müqayisə edib, mütləq birini önə çıxarmaqla özümüzü yorsaq da,dünyanı dini ayrı-seçkiliklə qatıb-qarışdırmağa çalışsaq da, əsas gerçəkliyiunuduruq: xristianlığı da, müsəlmanlığı da, yəhudiliyi də yaradan tək Allahdır.Və o, öz qüdrətini hər din vasitəsilə dünyaya göstərə bilər. İstər əsrlər öncəyazılmış İncil, istərsə də fəzada açılan Quran vasitəsi ilə!


Şəfiqə ŞƏFA