adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
09 Iyun 2016 15:20
122939
RUBRİKA

Dünyanın qara üzü: "Yer fırlanmağını dayandırsa..."

Bəşəriyyətin qiyamətqorxusunun tarixi bəlkə də özünün yaranma dövrü ilə üst-üstə düşür. Günümüzə qədərneçə dövran dəyişib, neçə zaman keçib, amma hər dövrdə qiyamətin məlum əlamətlərinigörüb xoflanmışıq. Bu işdə mövhümatçıların da rolu az olmayıb. Ancaq maraqlıdırki, qiyamət əlamətləri səmavi dinlərdən öncə mövcud olmuş çoxallahlılıqda davardı. Elə isə zamanın hər dönəmində insanlara agah olan bənzər vahiməninqaynağı hardandır? Bu sualı açıq qoymalı olcağıq, çünki hələlik "Dünyanın qara üzü"nün budəfəki mövzusu qiyamətinsəbəbləri deyil, nəticələridir.

Biz – adi, ölümlüinsanlar qiyamət deyərkən dəhşətli gurultular müşayiəti ilə partlayışlar,tufan, sunami, qarşısıalınmaz dağıntılar, yanğınlar və s. düşünürük. İnsan təxəyyülügüclü olur, o da var ki, ən ağlasığmaz təxəyyülün içində belə həqiqət payı var.Bütün dini rəvayətlərdə, elmi nəzəriyyələrdə, yaradıcılıq əsərlərində qiyamətinyuxarıda sadaladığım fəlakətlər əsasında baş verəcəyi bildirilir. Yalnız çox azhissəsində bu fəlakətlərin sadəcə ani bir dəyişiklik ilə baş verməsi qeydolunur: Yer planetinin öz oxu ətrafında fırlanmağının dayanması. Çünki məhzYerin bircə dəqiqəlik dayanması kifayət edər ki, qorxunc fəlakət, yəni qiyamət baş versin,bütün canlılar məhv olub, planet movcudiyyətini itirsin.

Əsər demişkən, dünya şöhrətliingilis yazıçı Herbert Uells qələmi ilə sözün hər iki mənasında möcüzə yaradıb:yazıçı həm fantastik janrın sütunlarını möhkəmlədərək əsərlərində ən ağlagəlməzmövzulara elmi-bədii cəhətdən toxunub, həm də konkret olaraq, "Möcüzə yaradan”adlı hekayəsində haqqında danışdığımız məsələni – Yerin öz məhvərindən çıxmasınıizah edib.

Hekayədə skeptik olanFoderingey adlı birinin anidən möcüzə yaratmaq qabiliyyətinə yiyələnməsindən bəhsolunur. Təsadüfən ortaya çıxan bu qabiliyyətlə Foderingey əvvəlcə kiçik möcüzələryaradır, sonra keşişin onu həvəsləndirməsiylə daha böyük möcüzəyə əl atır – Yerkürəsinin fırlanmasını dayandırır. Hekayədən həmin parçaya göz ataq:

"... Siz sadəcə olaraqYer kürəsinin dövr eləməsini dayandırın ki, qoy zaman da dayansın.

O, pencəyini axıradəkdüymələyib Yer kürəsinə bacardıqca sərt və əminliklə əmr verdi:

– Fırlanmağı dayandır!

Elə həmin anda o, sürətlətəpəsi üstə boşluğa yuvarlandı. Saniyəbaşı havada dövrə vurmasına baxmayaraq,düşünmək qabiliyyətini itirməmişdi. Axı fikir – çox heyrətamiz şeydir: o, gahqatran kimi yavaş-yavaş axır, gah da şimşək kimi bir anda çaxır! 

Bir neçə saniyə götür-qoyedən Foderingey əmr etdi:

– Qoy mən sağ-salamat yerəenim! Hər nə olursa-olsun mən yerin üstündə salamat qalım!

O, bu əmri vaxtındavermişdi, çünki sürətli uçuşun nəticəsində onun paltarı qızıb közərməyəbaşlamışdı. Foderingey şappıltı ilə yerə dəydi, amma zərbənin gücünəbaxmayaraq, heç bir yeri zərər görmədi. Bazar meydanının saat qülləsi onunyaxınlığında uçub dağıldı və daşdan, kərpicdən, suvaqdan ibarət hissələrisıçrayaraq hər tərəfə sovruldu, elə bil bomba partlamışdı. Havada uçan inəkdivarın bir hissəsinə möhkəmcə çırpılaraq yumurta kimi əzildi. Sonraqulaqbatırıcı gurultu eşidildi: bütün ömrü boyu eşitdiyi gürultular bu səsinyanında yatan tozun xışıltısına bənzəyirdi. Ardınca daha bir neçə, nisbətən zəifgurultular eşidildi. Elə güclü külək əsirdi ki, Foderingey ətrafına baxmaq üçünçətinliklə başını qaldırırdı. Ətrafda hər şey çox əcaib görünürdü. Hər tərəfayın ağımtıl, parlaq işığına, vıyıldayan küləyin qaldırdığı toz buludlarınabürünmüşdü, nə ağacları, nə binaları, nə də adət etdiyi heç nəyi sezmək olmurdu;burulğanın tozanağında itib-batan xaosdan, ildırımdan, yaxınlaşan qasırğadanbaşqa heç nə görünmürdü. Məsələ burasındadır ki, cənab Foderingey nəhəngplanetin oxu ətrafında dövr etməsini dayandırarkən, onun səthindəki hərəkət edənmüxtəlif cisimləri nəzərə almamışdı. Lakin Yer kürəsi öz məhvərində əslində eləsürətlə fırlanır ki, onun ekvatordakı səthi bir saatda min mildən artıq məsafəqət edir (bizim genişlik anlamımızda beş yüz mildən artıq.) Ona görə də Yerfırlanmanı dayandıran kimi hər şey istisnasız olaraq güllənin uçuşundan da dəfələrləsürətli şəkildə yerindən qopub dağılmışdı. Və Yer üzündə mövcud olan bütüncisimlər yerindən qoparaq uçub, dağılıb, məhv olmuşdu”.

Oxucu haqlı olaraq iradtuta bilər ki, bu fantastik janrda yazan yazıçının uydurmasıdır. Amma elmi izahatı da oxuyandan sonra Herbert Uellsin necə bir dahi, öngörücü,müdrik olduğunun şahidi olacaqsız.



Yerın fırlanmağı dayansa nə baş verər? 


Yer planetinin fırlanmasısaatda 1670 km-dir. Yerin oxu ətrafında fırlanmasını dayandırması ilə nəinkicanlı aləm və insan əlinin yaratdığı tikililər, hətta minillik dağlar beləyerindən qopar. Vulkanlar Yer səthini əsl cəhənnəmə çevirər. Təsadüfən sağ qalabilmiş hər hansı canlı isə okeanların nəhəng sunamisindən can qurtara bilməz.  

Daha sonra Yerin bir tərəfindəyarım il dözülməz istiliyi olan gündüz, yarım il isə sümüyə işləyən soyuq gecəhökm sürər. Günəş şərqdə deyil, qərbdə çıxar. Nəhəng dağıntı prosesi yerinquruluşunu da dəyişdirər: Antarktida, Qrenlandiya, Kanada, Sibir, Avropa, Çininbir hissəsi, Yeni Zelandiyanın yarısı suyun altında qalar, əvəzində isə sualtı qayalar,dağlar quruya çıxaraq, yeni coğrafiya formalaşdırar.

Bütün bunlardan sonra Yerüzündə təsadüfən insan sağ qala bilibsə, o da həyatını Yerin altından davam etdirməliolar, üstə çıxmaq istəsə, dəyişmiş iqlimdən dolayı skafandr geymək məcburiyyətindəqalar.

Bəs insan bu qədər sürətlə hərəkət edən yerin fırlanmasını niyə hiss etmir? Sual ritorik oldu, çünki cavab içində var: həddən artıq SÜRƏTlə fırlandığı üçün. Yəni yavaş fırlansaydı, biz bunu hiss edərdik, sürətin çoxluğu isə fırlanma dərəcəsini sabit saxlayır. Məsələn, şüşə kimi hamar yolda, sürətlə rahat maşınla gedirsiniz. Əgər pəncərələri qara örtüklə bağlasanız və maşının uğultusu və yardığı havanın səsi olmasa, ümumiyyətlə, getdiyinizi hiss etməyəcəksiz. sanki dayanmış maşının içində oturmusuz. Yerin fırlanmasının sürəti də yüksək və insan qulağı üçün səssiz olduğu üçün biz onu hiss etmirik. Amma cüzi olsa da hiss etmənin yolunu deyim, özüm sınaqdan keçirmişəm: Səma buludlu olanda, xüsusilə axşama yaxın, arxası üstə torpağa uzanın və hüdudsuz cəmaya tamaşa edin. Gözünüzü çox hərəkət etdirməyin, çalışın eyni yerə baxasınız. Təxminən on dəqiqəlik baxışdan sonra göyün həm qübbəşəkilli olduğunu, həm də fırlanmasını çox çüzi hiss edəcəksiniz. Təxminən aşağıdakı şəkildəki kimi:


  

Bu arada iki xəbərim var:biri yaxşı xəbərdi, biri pis. Əvvəlcə pisi deyim – şər deməsən xeyir gəlməz. Bədxəbər odur ki, Yür kürəsinin oxu ətrafında fırlanmağının sürəti azalıb. Ay vəYer kürəsi arasındakı qabarma qüvvəsi səbəbindən hər yüz gündən bir sutka 1,5-2millisaniyə uzanır. 140 milyon ildən sonra sutka 25 saatdan ibarət olacaq.

Şad xəbər də odur ki, Yerkürəsinin tədricən fırlanma sürəti azalıb tam dayanması 5 milyard il sonra başverəcək. Yəni təkcə bizim yox, bizdən sonrakı 7 arxa dönənimizin də sümüklərinintorpağa qarışmasından çox-çox sonra! Yalnız həmin müddətdən sonra Günəş qırmızınəhəngə çevrilib bizim Yer planetini udacaq...

Odur ki, ürəyinizi buzkimi saxlayın, amma qızğın əməllərdən, hərarətli günahlardan da qorunun,yoxsa buz əriyər, dama dama göl olub Yaradanın səbrini daşırdar. Onda HerbertUellsin təsvir etdiyi möcüzə yaradanlardan kimsə ortaya atıla bilər...


Şəfiqə ŞƏFA