adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Fevral 2016 17:06
96256
RUBRİKA

Dünyanın qara üzü: "Yeraltı sivilizasiya”

"Örtsə dəGünəşi qara buludlar, yenə günəş adlı bir şöhrəti var” deyən şair bununla çox mətləblərəişarə etsə də, biz özümüzə, daha doğrusu mövzumuza uyğun olan tərəfinə baxaq: yaşadığımızdünyanın ən əsas üstünlüyü, bizə nəsib olan Ali İşıqdır. Qara buludlara, zülmətgecələrə, bir sözlə dünyanın qara üzünə baxmadan Günəşin şəfəqlərində xumarlanabilirik. Çünki bu işıqdan əbədi məhrum olan dünya da varmış...

Bu dəfə "Dünyanınqara üzü” rubrikasında yeraltı dünyadan – ayağımızın altındakı sivilizasiyadanbəhs edəcəyik. Bu günə qədər alimləri çaşdıran, fikirlərini ikiyə bölən yerdənaşağıhəyat anlayışı dəfələrlə gündəmə gətirilib, ən azından açıq-gizli qeydlərdə,kitabxanalarda özünə yer edib – yəni mövcudluğu danılmayıb. Üstəlik, bu müəmmaparanormala meyilli ekstrasenslər tərəfindən deyil, alimlər: antropoloqlar,geoloqlar tərəfindən dəfələrlə təsdiqlənib. Bir az da fantast yazarların ocağayağ tökməsini nəzərə alsaq, ortaya qandonduran, müəmmalı təsvirlər çıxacaq.

Zaman-zamangeoloqlar, hətta şaxtalarda işləyən sıravi mədənçilər yerın altından qəribə səslər,işıqlar gəldiyini duyub, görüblər. Müxtəlif dövrlərdə rastlanılan bu müəmmalıgörüntülər alimlərin və fantast yazarların da diqqətini çəkib: birgə və yaayrı-ayrılıqda araşdırılma aparılsa da konkret nəticələr əldə olunmayıb. "Bətn”indəkialəmini kənar gözlərdən qoruyan Yer ana da əslində buna tamamən müvəffəqolmayıb, ya dəcəl övladları dinc durmayıb işıqlı dünyaya can atıblar, ya daişıqdan zülmətə qaçan macəraçılar həmin aləmdən nələrisə üzə çıxara biliblər.

Dünyada rəsmiolaraq yeraltı varlıqlar haqqında məlumatı yazıçı, araşdırmaçı, jurnalistRiçard Şeyver ötən əsrin 40-cı illərində bəşəriyyətə ötürüb. Yerdənkənarsivilizasiyaları araşdıran jurnalist bir neçə həftə yerin altında yaşayıb. "Şeyverinhekayəti” yarıtəxəyyül, yarıgerçək hesab olunsa da 1946-cı ildə ABŞ-ın "Qəribə əhvalatlar”jurnalında çap olunduqdan sonra redaksiyaya 50 min məktub gəlib. Bu məktublardaminlərlə oxucu yeraltı səyahətlər zamanı rastlaşdığı qorxunc macəralardanyazırdı. Çoxu şaxtaçı olan bu oxucular iddia edirdilər ki, Şeyver haqlıdır,yerin altında bizdən də yüksək inkişaf etmiş sivilizasiya mövcuddur, onlaryarıheyvan-yarıinsan formasında, şüurlu, bacarıqlı məxluqlardır və günün birindəyerin üstünü də zəbt etməyi planlaşdırırlar.

Eyniləbuna bənzər fikirləri tanınmış amerikalı fantast yazıçı Edvard Bulver Litton dairəli sürüb, həm də 1871-ci ildə. O da məhz şaxta vasitəsilə yerin altına enmişmacəraçının başına gələnlərdən, aralarında bir müddət yaşadığı başqa növ irqin xüsusiyyətlərindənyazır. Bizdən qat-qat inkişaf etmiş olan bu sivilizasiya öz utopik idarəçiliyindəfiravan həyat sürsə də, başqa dünyanı özlərinə məxsus odlu silahla təhlükəqarşısında qoya bilərlər. Elə əsərin qəhrəmanını da sonda bu silahla öldürmək istəyirlər,amma ona aşiq olan həmin irqən bir qızın sayəsində yenidən şaxtaya, ordan isə mənsubolduğu dünyaya qayıdır.

Bənzər əsərlərhələ XVI əsrdən etibarən qələmə alınıb. Həmin dövrdə Uilyam Ridin yazdığı "Qütbxəyalətləri”, sonrakı dövrlərdə fantastikanın atası Jül Vernin "Yerin mərkəzinəsəyahət”i, Edqar Allan Ponun "Artur Qordon Pimin rəvayəti” və başqaları yeraltıdünya macəralarından bəhs etsə də, həqiqətə bənzər, çox vaxt faktiki olaraquyğunluqlar mümkün olur. Ümumiyyətlə, fantast yazarları boşuna "zaman yolçuları”adlandırmırlar. Bu istedadlı insanların əksəriyyətinin yazdıqları əsərlərinsüjetini yuxuda görmələrini deməsi də ayrı bir qəribəlikdir. Burdan belə qənaətəgəlmək olar ki, hər halda ağılları başlarında olan bu insanlar ya həqiqətən dəgələcəyi görmə qabiliyyətlərinə malikdirlər, bu dünyaya xəbərçi olaraq göndəriliblər,ya da yuxuda gələcəkdən, kənar varlıqlardan agah olaraq və təbii ki bir az da təxəyyülləriniişə salaraq bütöv bir diqqətçəkici ədəbiyyat yarada biliblər. Bir neçə misal çəkim:Jül Vern "Yerdən Aya” əsərində (1865-ci ildə yazılıb) təxminən 100 il sonrabaş verəcək kosmosa uçuşu təsvir edir, maraqlıdır ki, fəzaya ilk uçuşun haradanhəyata keçiriləcəyini də təxmin edir – həmin yer məhz Baykanur kosmodromundanbir neçə km aralı idi. Kosmodrom Jül Vernin əsərindən 90 il sonra tikilib. EdvardBulver Litton 1871-ci ildə yazdığı "Gələcək irq” əsərində (yeri gəlmişkən, əsəriningiliscədən tərcüməsi bəndeyi-həqirinizə aiddir) bu gün məişətdə aktiv istifadəolunan "cam pəncərə” adlandırdığımız pəncərə sistemlərindən, yeni kəşf olunmuşqanadlı paraşütlərdən, ən maraqlısı isə elektrik təzə-təzə kəşf olunduğu dönəmlərdəbu günün sensor işıqlarından bəhs edir. Rey Bredberi ötən əsrin 40-cı illərindəpult barədə öncədən məlumat vermişdi. Maraqlıdır ki, Bredberi özü 2012-ci ildədünyasını dəyişib və öz öncəgörücülüyünün şahidi olub.

Qeydetdiyimiz kimi, alimlər də yeraltı dünyanın öyrənilməsində maraqlıdırlar. XIX əsrdəamerikalı alim Con Simms Yer Kürəsinin yatmış vulkan kraterlərindən girməkləyeraltı dünyaya elmi-tədqiqat qruplarının göndərilməsi təklifini irəlisürmüşdü. Yerin altındakı sivilizasiyalar III Reyxin də diqqətini çəkib.1942-ci ilin aprelində Adolf Hitlerin silahdaşı Gimlerin göstərişi iləyaradılmış ekspedisiya yerin alt dünyasına girişi axtarmağa yollanır, ammaaxtarışlar rəsmi məlumatlara görə nəticəsiz qalıb.

Yeraltısivilizasiya haqqında əsatirlər demək olar ki, bütün xalqların ədəbiyyatındavar. Bu da bir həqiqətdir ki, bir mövzunun yayğın olması onun gerçəkliyinə, nəzamansa mövcudluğuna dəlalət edir. Alt irqin ora necə keçməsi ilə bağlı mülahizələrmüxtəlifdir. Əsas versiya Nuh peyğəmbərin dövründəki Böyük Daşqınlar zamanısuyun altında qaldığı zənn edilən insanların əslində sualtı mağaralar vasitəsiləokeandan aşağı – quru hissəyə keçməsi üzərində dayanır. Yerin altındakı buboşluqlarda məskunlaşan əhali burda da törəyərək, sivil mövcudluqlarını davametdiriblər. Amma bizdən xeyli irəli getdikləri üçün (məhdud şərait insanları dahaçox kəşflərə vadar edir) yuxarı dünyanın insanlarını, başqa sözlə, əcdadlarınınhəmdünyalılarını bəyənməməyə başlayıblar. Deyilənə görə bizdən çox yaşayırlar,daha yaraşıqlı, sağlam və dərrakəli olurlar. Yüksək texnoloji nailiyyətlərivar, bütün xəstəlikləri sağalda bilirlər. Sosial-siyasi idarəçiliyi utopiyayayaxın monarxiyadır. Görünür, başıpozuq demokratiya ancaq yerüstü insanları cəlbedir. E.B.Littonun əsərindəki yeraltı alimin dili ilə desək: "Yenilik cahil vəuğursuz insanların axtarışıdır. Çünki onlar köhnəlikdə tapa bilmədiklərini, müvəffəqolmadıqlarını yenilikdə axtarırlar”.    

Yerinaltına keçid qapısını ilk dəfə 1977-ci ildə aşkar ediblər. 1981-ci ildə isəyazıçı, antropoloq Ceyms Makken Aydaho ştatında hinduların çox qorxduğu birmağarada belə bir dəliyin olduğunu bildirmişdi. Sonra isə ekspedisiya qrupuyaradaraq mağaraya girmiş dözülməz qaz sızması səbəbindən uzağa gedə bilməmişdilər.Ancaq qulaqlarına qəribə səslərin gəldiklərini bütün heyət etiraf etmişdi.     

İngilisgeoloqu Ronald Kalasın mədənlərdən birində rastlaşdığı hadisə də çoxmaraqlıdır: qazmaçılar mədəndə işləyən maşın gurultusunu eşidirlər, həmin yeriqazdıqda isə aşağıya doğru pilləkən görürlər. Əvvəlcə düşünürlər ki, qədim türbətapıblar. Oradan aşağı düşdükdə isə qəribə səslər və həmin maşının daha aydıneşidilən gurultusundan qorxub qaçıblar. Bənzər hadisə 1963-cü ildə Pensilvaniyaştatında da yaşanıb. İki qazmaçı divarda qapıya bənzər qaya parçası görüb. Onuaçanda isə mərmərdən salınmış yollar qazmaçıları şoka salıb.     

RusiyanınXakasiya respublikasında yerləşən Alatau dağında Kaşkulak mağarası var – "Qaraiblisin yuvası” kimi tərcümə edilir. SSRİ-nin müxtəlif dönəmlərində bura tədqiqatçılargöndərilib, amma hamısı da başını götürüb qaçıb. Orada işləyən bütün tədqiqatçılareyni mənzərəni gördüklərini təsvir edirlər. İçəridə köhnə papağının altından buynuzu çıxan, saqqallı, gözlərindən alov yağan bir qoca görüblər!   

Xarnersoyadlı tədqiqatçı isə cənubi Amerikada gördüklərinin dəhşətindən uzun müddətayıla bilməyib. Hindu qəbilələrində təxminən bir il yaşasa da onların inanclarıhaqqında bir şey öyrənə bilməyib. Hindular bilərəkdən bu məlumatları gizli saxlayırmışlar. Taki qəribə bir içkini içənə qədər. Hinduların "Müqəddəs içki” adlandırdığı bumayeni içdikdən sonra gördüyü səhnə barədə alim sonralar belə yazır: "Gözümünönündə Yer kürəsi milyard il qabaqkı formada göründü. Sonra göydən qara rənglicisimlər yağmağa başladı. Onlar düz mənim qarşıma düşürdülər. Yaxına gəldikcəbu cisimlərin qəribə varlıq olduğunu gördüm: qara, parlaq dəriləri, qanadlarıvardı, bədənləri isə kit (su heyvanı) formasında idi. Çox yorğun görünürdülər,elə bil uzaq səfərdən qayıtmışdılar. Nəsə deməyə başladılar, qəribədir ki,onları anlayırdım. Deyirdilər ki, bu dünyanın ağası onlardır, biz isə onlarınnökərləriyik. Gün gələcək, hamının gözünə görünəcəklər...”    

Bir sözlə,yeraltı dünyanın mövcudluğu danılmır. Düzdür, belə deyilir ki, orada yaşamaqmümkün deyil, çünki qaz sızıntısı, rütubət, yüksək temperatur orqanizmi məhv edər.Bəli, bizim orqanizmimizi məhv edər, bəs onlarınkını?! Niyə onların da bizimkimi varlıq oluduğunu düşünürük? Güman ki, illər və əsrlər keçdikcə yeraltıirqlərin də orqanizmi şəraitə uyğunlaşıb. Amma bu gümanlar nə qədər dəqiqləşdirilməyə çalışılsa da, Yerin altı haqqında dəqiq məlumatlar hələ də "alt” olaraq qalır, yəni sözünhər iki mənasında işıq üzü görməyib. 

Ardı var...


Şəfiqə ŞƏFA