adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Mart 2016 15:42
98266
RUBRİKA

Dünyanın qara üzü: "Yuxudan gerçəyə”

Dünyanın qara üzünə gedən yollardan biri də məhz qaranlığın süst aləmi - yuxulardan keçir. İnsanın gün ərzində gördükləri gecəyə qaralıb daha da təhrif olunmuş halda onu ağuşuna alır. Yuxu – hərbirimizə yaxşı tanış olan bu proses illərdir elmi araşdırmalara hədəf olub, ədəbisüjetlər ərsəyə gətirib. Alimlər yuxunun elmi izahınıveriblər, amma həmişəki kimi elmin izah edə bilmədiyi məqamlar da var ki, bu dabizə ilham verir və düzü, elə ən çox diqqət çəkən də yuxunun bu müəmmalı tərəfidir. 

Əvvəlcə yuxu haqqında elmi məlumatlara diqqət yetirək: insanlar həyatlarının təxminən31%-ni yuxuda keçirirlər. Bu da 60 illik bir ömrün 20 ili deməkdir. Beynin fəaliyyətnormasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalmasıilə müşayiət olunan təbii fizioloji proses sayılan yuxu bütün canlı varlıqlara özgüclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün gərəklidir. Yuxumüxtəlif mərhələlərdən ibarətdir. Dərin yuxuya getməzdən öncə 10 dəqiqə ərzindəyarıyuxulu vəziyyətdə oluruq ki, bu da birinci mərhələdir. İkinci mərhələdə dərinyuxuya gedirik. Bu mərhələ 20 dəqiqə davam edir. Üçüncü və dördüncü mərhələlərisə bundan sonra gəlir. Dərin yuxu vaxtı bədənimiz və beynimiz gün ərzindəkeçirdiklərimizdən dincəlir. Buna bəzən delta yuxusu da deyirlər. Bu müddət ərzindəheç bir yuxu görmürük. 



Qeyd etdiyimizkimi alimlərin uzun müddətli araşdırmalarına baxmayaraq, yuxu ilə bağlı bəzi məqamlartam olaraq aydınlaşdırılmayıb. Yuxu məsələsində Şərq və Qərb alimlərininfikirləri üst-üstə düşmür. Qərblilər bildirirlərki, yuxu insanın gündəlik fəaliyyətinin nəticəsində gördüyü düşüncələrdir. Şərqlilərisə yuxunun ilahi bir mesaj olduğunu hesab edirlər. Elə ən dəqiqyuxuyozmaları da məhz şərqlilərə məxsusdur. İlk olaraq qədim misirlilər və ərəbləryuxuyozmaları haqqında kitablar yazmağa başlayıblar. Skeptik qərblilər yuxuyaelmi cəhətdən yanaşmağa çalışsalar da, əslində Şərqdə tərtib olunan yuxuyozmakitabları əllərindən düşmür. Təbii ki, istisnalar da var. XIX əsrin sonlarındaAmerikada Edqar Keysi adlı bir ekstrasens vardı ki, onun yuxusunda gördüklərizamanla öz təsdiqini tapıb. Adam I və II dünya müharibələrini, ABŞ və Avropaölkələrindəki Böyük İflası (30-cu illərdən başlayaraq), SSRİ-nin qurulma və dağılmasınındəqiq tarixini yuxusunda görüb demişdi. O zamanın müasirləri yazırlar ki, E.Keysinin seansları üçün insanlar günlərlə növbə tutardılar. Hər birininekstrasenslə görüşü isə 15-20 dəqiqədən artıq çəkməzdi. O, bu zaman yatmış vəziyyətdəolsa da, içəri girən adamın kimliyini, xəstəliyini, dərdini elə yuxudacadeyirdi. Sonra problemdən çıxış yolunu göstərirdi, hətta dərmanının hansıaptekdə, hansı ölkədə, hansı həkimdə olduğunu da söyləyirdi. Alimlər bufenomeni izah edə bilmirdilər.    

Yuxu da nağıllarkimi yüyrək olur, yəni yaşananlar olduqca sürətlə baş verir. Bir neçə dəqiqəlikyuxu əsnasında belə çox uzun davam etdiyini düşündüyümüz qəribə, çaşdırıcı vəçox dəyişik hadisələr bir-birini izləyir. Yuxular isə ağ-qara və rəngli olabilir. Amma insanların çoxu yuxularını ağ-qara görüklərini söyləyirlər. Hətta rəngliyuxuları psixoloji problemləri olan insanların gördüyü barədə də iddialar irəlisürülür.

Kabus vəya qarabasma adı verilən yuxular da var ki, belə yuxular adətən normal yuxular kimi başlayır. Yatan insan hər hansı xoş bir hadisəni görür və birdən-birəyuxuda qorxulu məqamlar başlayır. Yaxşı görüntülər bir anda dəhşət dolu anlarlaəvəzlənir. Kabusları, yuxuda bir dəfə görülən qorxulu səhnələrlə qarışdırmaq olmaz. Qarabasmagörən insan qorxur. Hərdən yatdığını və yuxu gördüyü hiss edərək oyanmağaçalışır. Amma ya oyana bilmir, ya da oyandığını zənn edərək yatmağa davam edirvə yenidən qarabasmalar davam edir. Hər insan ömründə bir neçə dəfə kabusgörür. Əsasən qarabasmaları tək yaşayan insanlar, xüsusilə də qadınlar görür.Bir çox qadınlar etiraf edirlər ki, onlar gözlərinə yuxu gedən kimi qarabasmadanöncə əvvəlcə sanki kişi tərəfindən əzizləndiyini hiss edirlər, xoşhallanırlar,sonra ağırlığını duyduqları bu varlıq onları boğmağa başlayır. "Qurban” onun əlindənçırpınaraq çıxmağa çalışsa da bacarmır, amma bütün bunların yuxuda deyil, gerçəkdəolduğunu zənn edir. "Qarabasma” sözü isə təsadüfi verilməyib. Türk tədqiqatçılarıbelə hesab edirlər ki, onu gerçəkdən görənlər də var və həmin varlıq həqiqətəndə qara, tüstü kimi bir fiqurdur. Yatan adamın gözünü və boğazını sıxır ki, onugörə bilməsin, cəld tərpənən adam isə gözünü açıb baxarsa, qarabasmanı görə bilər.Bununla yanaşı qadınlar kişilərdən, daha maraqlı və romantik yuxular görəbilirlər. İngiltərədə edilən bir araşdırma qadınların kişilərdən daha çox kabusvə romantik yuxular gördüyünü ortaya çıxarıb. 170 nəfər könüllü üzərindəaparılan araşdırma zamanı kişilərin yalnız 30%-i kabus gördüyünü söyləyib.



Alimlərsübuta yetiriblər ki, yuxuların 90%-ı unudulur. Xoruldayan zaman isə yuxu görülmür.Bunun elmi izahı yoxdur. Yuxu zamanı insan bədəni müəyyən qədər iflic olur. Bu,insanın yuxu vəziyyətində hərəkətlərini məhdudlaşdırmaq üçündür. Amma bunun əksidə mövcuddur. İnsanlar bəzən özləri də hiss etmədən açıq gözlə yata bilərlər.Bu zaman onların yatdığını yalnız qeyri-adi hərəkətlərindən bilmək olar. İlkbaşda qəribə heç nə hiss olunmur. Amma müəyyən müddətdən sonra belə adamlarhücum etməyə, hətta öldürməyə də qadirdilər. Oyandıqdan sonra isə yuxuda müharibədəolduğunu və ya meşədə üstünə vəhşi heyvanın hücum çəkdiyini deyirlər. Beləadamlara xalq arasında "lunatik” deyilir. Amma bu insanların adının "ay”la əlaqələndirilməsidə təsadüfi deyil. Belə ki, haqqında mahnılar, şeirlər yazılan, adı gözəlqızlara verilən ay əslində insan üçün təhlükə saçır. Xüsusən də bütöv ayçıxdığında həmin gecə mütləq cinayətlərin artdığı, qorxunc yuxuların görüldüyü vəlunatiklərin hərəkətə keçdiyi bildirilir. Onlar yatar vəziyyətdə ayıqolduqlarından daha qıvraq və güclü olurlar, sanki bədənlərini özləri deyil,başqa varlıqlar idarə edir. Nənə-babalarımız həmişə bütöv ay çıxdığındainsanların bayırda olmamağını, aya çox baxmamağını məsləhət görərdilər.Haqlıymışlar. Ümumiyyətlə, xalq inancları zamanla həmişə öz təsdiqini tapıb. Sadəcə, bu inancları cahillik adlandırmaq yerinə, onları araşdırmaq, əlaqələndirməklazımdır. Mütləq bir ucu həqiqətə bağlanacaq.

Yuxarıdaqeyd etdiyim ki, yuxular həmişə qələm adamlarının ilham mənbəyi olub. İstəryerli, istərsə də xarici ədəbiyyatda yuxu ilə bağlı, eləcə də yuxunun təsiri ilə yazılmış əsərlər mövcuddur.Yazıçı Tahir Kazımov ( "Taleyin qisməti beləymiş yəqin”, kitabın yarıdan çoxuyuxularla bağlıdır), Vaqif Sultanlı ("Ölüm yuxusu”), şair Səlim Babullaoğlu  ("Ədəbi yuxular”) əsərlərini misal göstərməkolar. Dünya ədəbiyyatından Edqar Allan Poenin yuxulardan təsirlənmiş mistik,Ernest Heminqueyin sürrealist əsərləri buna nümunədir. Bundan başqa, fransızyazıçısı Volter "La Henriade" əsərini, Merri Şelli isə "Frenkenşteynvə yaxud müasir Promotey” əsərini yuxuda yaradıb. 

Sonda qey edim ki, insanın yaxşı yuxular görməsinin onun öz əlində olması da qismən təsdiqlənib. Stressdən, dərd-bəladan uzaq olan insan gününü necəformalaşdırırsa, gecəsini də o cür tamamlayır. Xüsusən, yatmazdan qabaq əsəbiləşmək,qəmgin xatirələri vərəqləmək, qorxulu kinolara baxmaq, eynilə bu cür əsərləroxumaq olmaz. Çünki insanın oxuduqlarının, yaşadıqlarının, gördüklərinin davamımütləq yuxusunda canlanacaq. Odur ki, şirin və xoş yuxular!


Şəfiqə ŞƏFA