DYP-dən sürücülərə ÇAĞIRIŞ
Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar üzərində hüquq-mühafizə orqanlarının adı və atributları həkk olunan aksesuarlardan istifadə hallarının geniş vüsət alması ilə bağlı məlumat yayıb.
Adalet.az xəbər verir ki, məlumatda bu cür aksesuarlardan istifadənin yanlış anlaşıldığı və yolverilməz olduğu bildirilib.
“Təəssüf ki, əksər hallarda belə aksesuarların asıldığı nəqliyyat vasitələri cəmiyyətdə həmin avtomobilin məhz polis və ya digər hüquq-mühafizə orqanlarının əməkdaşlarına məxsus olması haqda yanlış rəy yaradır və təbii ki, belə avtomobillərlə törədilən yol hərəkəti qayda pozuntuları da yanlış anlaşılır.
Baş Dövlət Yol Polisi İdarəsi üzərində “polis”, “DİN”, “DYP” və sair bu qəbildən olan yazılar həkk edilmiş aksesuarlardan istifadənin əhali tərəfindən birmənalı qarşılanmadığını, bəzi sürücülər tərəfindən belə vasitələrdən sui-istifadə hallarının isə yolverilməz olduğunu bildirir”, - açıqlamada qeyd olunub.
Digər Xəbərlər
01 Aprel 2026 18:24
Bu yollarda sıxlıq var - SİYAHI
26 Mart 2026 09:00
Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO
25 Mart 2026 16:11
Bu gündən bəzi avtomobillərin idxalı vergidən və rüsumdan azad edildi
25 Mart 2026 11:21
Proqram təminatı ilə işləyən avtomobillərdə “tələ” - VİDEO
25 Mart 2026 10:34
“Vətəndaş avtomobili alır, ondan sonra yollarda maşın sürməyi öyrənməyə başlayır”
23 Mart 2026 09:33
Bayram günlərində taksi qiymətlərində dəyişiklik var? - VİDEO
18 Mart 2026 09:00
Bəzi yollarda sıxlıq var - SİYAHI
17 Mart 2026 18:21


Bakı -°C

