DYP-nin rəsmi “Youtube” kanalı istifadəyə verildi
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi “Youtube” kanalı istifadəyə verilib.
DYP-dən Adalet.az-a verilən məlumata görə, “BAŞ DÖVLƏT YOL POLİSİ İDARƏSİ” adlı kanalda Dövlət Yol Polisi xidmətinin gündəlik fəaliyyəti ilə bağlı xəbərlər, foto və video görüntülər, təhlillər, monitorinqlərin nəticələri, proqnozlar, ekspert və mütəxəssis rəyləri, yol qəzaları haqda eksklüziv məlumatlar, canlı bağlantılar, xüsusi fotobank təqdim edilir.
DİN-in Baş DYP İdarəsi tərəfindən istifadəyə verilən növbəti sosial şəbəkə seqmentinin yol hərəkəti iştirakçıları arasında aktiv təbliğat-təşviqat və maarifləndirmə işinin aparılmasına, bu sahədə qarşıya qoyulmuş vəzifələrin uğurlu həlli üçün əhalinin birgə iştirakçılığa cəlb edilməsinə əhəmiyyətli töhfə verəcəyi nəzərdə tutulur.
Ölkəmizdə yol hərəkəti təhlükəsizliyinə dair icra edilən Dövlət Proqramının məqsədlərinə uyğun olaraq yaradılan kanala istifadəçilər tərəfindən aidiyyəti foto və ya video materiallar, təkliflər göndərilə bilər.
Digər Xəbərlər
17 Sentyabr 2026 07:59
“ChatGPT”yə oğlunu öldürmək istədiyini yazdı - Həbs edildi
15 Sentyabr 2026 10:55
“Bakcell”dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
15 Sentyabr 2026 10:21
Süni intellekt həqiqətən bu qədər təhlükəli gücə çatıb?
14 Sentyabr 2026 09:17
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
09 Sentyabr 2026 06:39
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
08 Sentyabr 2026 11:25
“Bakcell” “Peerstack Academy” tələbələri üçün hakaton keçirdi - FOTOLAR
08 Sentyabr 2026 07:02
Süni intellekt bu peşəni sərt şəkildə vurdu: 40 min gənc bir gecədə işsiz qaldı
04 Sentyabr 2026 11:12


Bakı -°C

