DYP yenidən piyadalara MÜRACİƏT ETDİ
Yola saldığımız həftə piyadavurma hadisələri ilə yadda qaldı. Bütün hallarda sutkanın qaranlıq vaxtı yaşayış məntəqələrində qeydə alınan bu hadisələrin təhlili bir daha deməyə əsas verir ki, hələ də piyadaların yol hərəkəti qaydalarına əhəmiyyət verməməsi, yolu istənilən yerdən keçmək vərdişi, bir sözlə, ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşması yollarda yaşanan faciələrin başlıca səbəblərindən biridir.
Adalet.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsindən (BDYPİ) məlumat verilib.
“Hər bir hərəkət iştirakçısı bilməlidir: Yol birgə istifadə məkanıdır və burada qaydalar hər kəsə şamil edilir. Özünü ümumi davranış normalarından kənarda zənn edən istənilən hərəkət iştirakçısı yanılır və o, potensial faciə qurbanıdır.
Piyadaların üzərinə düşən ən sadə, lakin həyat əhəmiyyətli vəzifə isə yolu müəyyən olunmuş keçidlərdən, işıqforun tələblərinə riayət edərək və diqqətli keçməkdir.
Bu sadə prinsiplərə əməl etməyən hər piyada istər bilərəkdən, istərsə də ehtiyatsızlıq səbəbilə öz həyatını riskə atmaqla yanaşı, digər hərəkət iştirakçılarının da taleyini dəyişə bilər. Hörmətli piyadalarımız, unutmayın ki, qaydaları pozaraq atdığınız addım,uçuruma atılan addım ola bilər”, - deyə məlumatda bildirilir.
Digər Xəbərlər
31 Yanvar 2026 16:43
Küləklə bağlı XƏBƏRDARLIQ
31 Yanvar 2026 13:36
Bəzi ərazilərdə duman müşahidə olunur - FAKTİKİ HAVA
31 Yanvar 2026 13:03
Bazar günü hava necə olacaq?
30 Yanvar 2026 18:07
Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ
29 Yanvar 2026 12:05
Qanunsuz tikililərin sənədləşdirilməsi üzrə göstəricilər açıqlandı
29 Yanvar 2026 10:41
“Bunlarda nə əxlaq, nə din, nə iman, nə də insani keyfiyyətlərdən əsər var...”
28 Yanvar 2026 21:04
Alena Əliyeva Auitizm Mərkəzində - FOTOLAR
28 Yanvar 2026 17:15


Bakı -°C

