“Cəmiyyətimizin mənəviyyatını məhv edən də bu düşüncədir”
“Nə üçün əksər halda xaricdə oxuyanımızla daxildə oxumayanımız arasındakı fərq yalnız zahiri görünüşdə müşahidə olunur? Çünki biz uşağı xaricə elm arxasınca göndərmirik. Bu göndərişdə elm məqsəd deyil, vasitədir. Biz uşağı xarici universitetlərə də öz universitetlərimizə göndərdiyimiz niyyətlə göndəririk: oxusun, özünə bir gün ağlasın”.
Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib.
Yazıçının sözlərinə görə, bu bir düşüncədir:
“Cəmiyyətimizin mənəviyyatını məhv edən də bu düşüncədir: "oxuyub özünə gün ağlamaq". Siz şifahi və yazılı dildə rüşvət deyirsiniz, korrupsiya deyirsiniz, nə bilim, vəzifə hərisliyi deyirsiniz. Amma bu ifadələrin düşüncə dilimizə tərcüməsi "özünə gün ağlamaq"dır. Avam idik, məsciddə o biri dünyamız üçün ağlayırdıq, aydınlandıq, indi də məktəbə bu dünyamız üçün ağlamağa gedirik. Folklorumuz da təsdiqləyir ki, ağlamayana heç nə verilməyəcək. Harvardda, Oksfordda da özümüzə daha peşəkarcasına və ingilis dilində gün ağlamağı öyrənirik. Vəssalam. Hər kəsin özünə gün ağladığı cəmiyyət necə olmalıdır ki?”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
24 Oktyabr 2026 17:12
İlyas Əfəndiyevin xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi
24 Oktyabr 2026 17:10
XII BEYNƏLXALQ BAKI KİTAB SƏRGİSİ — DÜNYANI BİRLƏŞDİRƏN SÖZ, ƏDƏBİYYAT VƏ MƏNƏVİ DƏYƏRLƏR
24 Oktyabr 2026 17:06
Ayaz Arabaçının ŞEİRLƏRİ
23 Oktyabr 2026 20:22
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq
23 Oktyabr 2026 16:11
“Bu gün islam dünyasında baş verənlərin bir adı var: Cəhalətin Renessansı!”
22 Oktyabr 2026 12:57
Özü taleyindən gözəl sənətkar - Əntiqə Kərimzadə yazır…
21 Oktyabr 2026 18:24
Havalı Alı - Rüstəm Dastanoğlunun yeni hekayəsi
21 Oktyabr 2026 13:39


Bakı -°C

