Oğurlanan əşyaları tapılan şəhid mayorun xanımı polis əməkdaşlarına təşəkkür etdi
Xəbər verdiyimiz kimi, şəhidlərimizin məzarı üstündə olan əşyalarını oğurlayan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb. Onların oğurladıqları əşyalar isə şəhid ailələrinə təhvil verilib.
Məzarı başından dəbilqəsi və batinkası oğurlanan şəhid mayor Səyavuş Kəlbalıyevin xanımı Pərvanə Kəlbalıyeva Daxili İşlər Nazirliyinə öz minnətdarlığını bildirib:
“Şəhidlərimizin şəxsi əşyalarının bir neçə saat ərzində peşəkarcasına tapılmasında göstərdikləri xidmətlərinə görə Daxili İşlər Nazirliyinə, cənab nazirə və 13 - cü polis bölməsinin bütün heyətinə Anar Suleymanov başda olmaqla təşəkkür edirik.
Xüsusilə şəhidlərimizin əşyalarının məzarı üstünə qoyulmaslna görə bizi qınayanlara isə bu məlumatı çatdırmaq istəyirəm. Şəhidimizin ən xirda əsyalari belə evimjzdə muzeydə gusədə saxlanilir. O esyalarin ora qoyulmasi ise simvolik xarekter dasiyirdi. Ardi - ardina 5 səhid yatirdi orda her biri ayri pesenin sahibi idi. Biri neftci, biri huquqsunas, biri zabit, biri musiqici, biri muellim idi. Ve her birinin oz sexsi esyasi qoyulmusdu ki ziyaretə gələnlərə o səhidlərin bu dunyadaki pesələri və bu vətən ugrunda her pesənin sahibinin səhid oldugu gostərilsin. Təəsuf ki onlarla vetendas o əsyanin ora qoyulmasina gorə bizi qinadi. Sizə bununla bagli acilqlama verməyə borclu deyildik amma yenə də bildiririk ki az da olsa bizi anlayasiniz”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
09 Yanvar 2026 21:23
Nəsimi rayonuna rəhbərlik bu xanıma tapşırıldı
09 Yanvar 2026 17:55
Publik hüquqi şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişib
09 Yanvar 2026 16:35
Valideyn himayəsindən məhrum olmuş uşaq vahid anlayışından istifadə olunacaq
09 Yanvar 2026 16:10
AZAL Bakı-Tehran-Bakı reysini ləğv etdi
09 Yanvar 2026 14:21
AZAL Bakı-Moskva reysini təxirə saldı - SƏBƏB
09 Yanvar 2026 14:14
Üç televiziyanın, bir radionun yayımı müvəqqəti dayandırılacaq
09 Yanvar 2026 14:04
“Ekol TV ilə heç bir əlaqəm yoxdur” - Mübariz Mənsimov
09 Yanvar 2026 12:52


Bakı -°C

