“Rayonlarda ucuz satılan məhsulun qiyməti Bakıda niyə “əl yandırır?””
“Niyə rayonlarda kəndli-fermer məhsulunu ucuz satdığından narazıdır, Bakıda isə alıcı eyni məhsulu bir neçə dəfə baha almağa məcbur qalır? Əslində bu sual paradoksal görünsə də, cavabı o qədər də mürəkkəb deyil. Cavab məhsulun istehsalçıdan bazara, bazardan isə istehlakçıya qədər keçdiyi aqrar tədarük və satış modelindədir”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, bu modeldə çoxlu xırda problemlərlə yanaşı, bazara birbaşa təsir edən bir neçə əsas problem də var:
“Bunlardan birincisi, topdansatış və paylama kanallarında rəqabətin məhdudluğudur. Belə ki, alternativ satış və paylama platformaları kifayət qədər formalaşmadıqda bazar gücü müəyyən kanallarda cəmlənir. İkinci problem, tarladan bazara qədər logistika və əməliyyat xərclərinin yüksəkliyidir. Belə ki, daşınma, saxlanma, sənədləşmə və digər əməliyyat mərhələləri məhsulun son qiymətinə əlavə xərc yaradır. Üçüncüsü, istehsalçının bazarda qiymət formalaşdırmaq və son istehlakçıya birbaşa çıxış imkanlarının zəifliyidir. Belə olduqda məhsulun yaratdığı əsas dəyərin əhəmiyyətli hissəsi istehsalçıda deyil, aralıq ticarət mərhələlərində formalaşır. Əlqərəz, problem əsasən məhsulun tarladan piştaxtaya qədər keçdiyi yolda yaranır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
21 Iyun 2026 12:00
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərildi
20 Iyun 2026 12:42
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndəriləcək
19 Iyun 2026 11:44
Azad olunan ərazilərə qayıdan keçmiş məcburi köçkünlərin sayı açıqlandı
19 Iyun 2026 11:37


Bakı -°C

