“Bununla Azərbaycanın sülhə sadiq olduğu mesajını verdi”
“Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin iclasında çıxış etməklə iştirak etmiş oldu. Ermənistan da keçirilən Avropa Siyasi Birliyinin sammitində prezident İlham Əliyev video formatla iştirak edərək, çıxış etdi. Avropa Siyasi Birliyinin sammitinə onlayn qoşulmaq da iştirak deməkdir. Bununla da prezident İlham Əliyev Ermənistanda Avropa Siyasi Birliyinin sammitini baykot etmədi. Bu iştirakın iki ölkə arasında sülhün olduğunu nəzərə çatdırdı”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, bildirib ki, bununla da Azərbaycanın sülhə sadiq olduğunu, Cənubi Qafqazda yeni siyasi münasibətlər sisteminin formalaşdığını mesajını verdi:
“Avropa Siyasi Birliyinin Cənubi Qafqazda sammitində Azərbaycan prezidentinin qatılması regionda ölkəmizin söz sahibi olması deməkdir. Demək olar ki, cənab prezident siyasi iradə ortaya qoyaraq Cənubi Qafqazla Avropa arasında əməkdaşlığın inkişafına töhfə vermiş oldu. Prezidentin sammitdə çıxışı Ermənistan televiziyalarında yayımlandı. Bu, iki ölkə arasında mövcud sülhün olduğunu və bu sülhü qoruyub saxlanmalı olduğunun vacibliyini ortaya qoydu”.
Politoloq deyib ki,Prezidentin bu sammitdə çıxışından sonra Nikol Paşinyan 2028-ci ildə Azərbaycanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Bakıya gədəcəyini ümid etdiyini vurğuladı:
“Demək olar ki, Cənubi Qafqazda sülh var. Və bu il iki ölkə arasında sülh de-yure qüvvəyə minəcək. Avropa Siyasi Birliyinin sammitində Baş nazir Ə.Əsədov da çıxış edə bilərdi. Amma, özü bu sammitdə çıxış edərək sammitin gedişinə və Ermənistanda keçirilməsinə böyük dəstək verdiyini nümayiş etdirdi. Bu, N.Paşinyanın da mövqeyini gücləndirir və Qərbin bəzi ölkələri də gördü ki, iki ölkə arasında sülh yaranır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
30 May 2026 09:48
Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması hansı nəticələri verə bilər?
29 May 2026 15:01
“Qarabağda reallaşan inkişaf modelinin mərkəzində isə insan amili, milli həmrəylik dayanır”
29 May 2026 13:25
Maldiv Prezidenti İlham Əliyevi təbrik etdi
29 May 2026 12:45
Asəf Hacıyev "Şöhrət" ordeni ilə təltif edildi
29 May 2026 10:14
“Ermənistanın və İranın havadan müdafiə məsələsində ciddi problemləri mövcuddur...”
29 May 2026 10:04
“Bu iqtisadi və diplomatik uğurlar xalqımızın birliyinin nəticəsidir”
28 May 2026 21:00
Kobaxidze Azərbaycan Prezidentini təbrik edib
28 May 2026 17:47


Bakı -°C

